Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
675
27.11.2025, 10:30
2026-cı ildə pensiya və sosial ödənişlər üçün ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Bu konteksdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin Milli Məclisdəki son çıxışı diqqət çəkib. O bildirib ki, gələn il əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldilən xərclər 2025-ci illə müqayisədə 10,9% artacaq. Yəni pensiyaların təxminən 9,2% indeksasiyası gözlənilir və bunun nəticəsində orta aylıq pensiyanın 590 manata, yaşa görə pensiyanın isə 629 manata yüksələcəyi proqnozlaşdırılır. Aparılan dəyişikliklər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sadə vətəndaşlarla yanaşı, sabiq deputat və keçmiş nazirlərin də pensiyalarının artırılacağı bildirilib.
Onların ödənişləri nə qədər artacaq?
Oxu24.com xəbər verir ki, sabiq maliyyə naziri Fikrət Yusifov Globalinfo.az-a açıqlamasında bu məsələdə ayrı-seçkilik olmadığını bildirib.
“Yəni burada vətəndaşın pensiyası əvvəllər hansı vəzifədə çalışmasından asılı olmayaraq, ölkədə mövcud olmuş infilyasiya səviyyəsinə uyğun olaraq indeksasiya edilir”, - o deyib.
Sabiq baş nazir Pənah Hüseyn bildirib ki, pensiyaların nə qədər artacağı barədə hələlik dəqiq məlumatı yoxdur:
“Artımın konkret məbləği adətən fevral ayında məlum olur. Pensiya və təqaüdlər eyni qaydada artırılır. Fikrimcə, burada deyilən artım inflyasiya və digər illik iqtisadi göstəricilərin hesablanması ilə bağlı ümumi indeksasiyanı əhatə edir. Yazılanlara əsasən, bu artım bütün pensiya və təqaüdlərə şamil olunur”.
İqtisadçı Fuad İbrahimov isə qeyd edib ki, gələn ilin planlaşdırılan büdcə sənədlərində sabiq deputat və keçmiş nazirlərin ayrıca göstərilməsi ilə bağlı hər hansı müddəa yoxdur:
“Bu qərarda artımın xüsusi olaraq deputatlara və ya keçmiş nazirlərə aid olması barədə xüsusi qeyd yoxdur. Planlaşdırılan artım bütün növ pensiya və təqaüdlərə şamil olunur. İndeksasiya da 9,2% səviyyəsində həyata keçiriləcək. Bunun çox və ya az olması ayrıca müzakirə mövzusudur, amma prinsip etibarilə hər kəsə tətbiq edilir. Pensiya və təqaüd hüququ olan bütün şəxslər bu artımdan faydalanacaqlar”.
21:57 / 15 Noyabr 2026
1
21:37 / 15 Noyabr 2026
310
21:07 / 15 Noyabr 2026
555
20:58 / 15 Noyabr 2026
348
20:55 / 15 Noyabr 2026
98
20:44 / 15 Noyabr 2026
210
20:39 / 15 Noyabr 2026
95
20:30 / 15 Noyabr 2026
119
20:09 / 15 Noyabr 2026
349
19:51 / 15 Noyabr 2026
380
19:37 / 15 Noyabr 2026
123
19:17 / 15 Noyabr 2026
133
19:09 / 15 Noyabr 2026
121
18:40 / 15 Noyabr 2026
139
18:05 / 15 Noyabr 2026
150
17:53 / 15 Noyabr 2026
1969
17:43 / 15 Noyabr 2026
785
17:16 / 15 Noyabr 2026
678
17:12 / 15 Noyabr 2026
3950
17:09 / 15 Noyabr 2026
127
15:50 / 15 Noyabr 2026
138
15:25 / 15 Noyabr 2026
174
15:15 / 15 Noyabr 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.