Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1264
26.11.2025, 22:27
Goranboyda yararsız hala düşən 5 mərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21 radələrində qeydə alınıb.
Belə ki, sözügedən binanın həmin bloku anidən uçub. Əvvəldən sakinlər köçürüldüyü üçün hadisə zamanı binada heç kim olmayıb və nəticəsində xəsarət alan olmayıb.
Əraziyə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, FHN aran regional mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, rayon polis şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri, həmçinin FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri də cəlb edilib. Ərazidə hazırda tədbirlər görülür.
Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komisiyasının sədri Seymur Nazarov bildirib ki, bir neçə gün əvvəl Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən 60 mənzili binanın 5-ci girişinin birinci mərtəbəsi uçmuşdu. Həmin gündən rayonda FH komissiyasının və aidiyyəti qurumların iştirakı ilə sakinlər təxliyə edilmişdi və binada yaşayış yox idi.
“Bu gün axşam saat 21:30 radələrində binanın 5-ci girişi tamamilə çöküb. Aparılmış tədbirlər nəticəsində əhalinin girişi məhdudlaşdırıldığı üçün binada heç kəs olmayıb. Buna görə də xəsarət alan olmayıb. Rayonun bütün qurumları hadisə yerindədir”, - o əlavə edib.
22:05 / 15 Noyabr 2026
1
21:57 / 15 Noyabr 2026
47
21:37 / 15 Noyabr 2026
473
21:07 / 15 Noyabr 2026
625
20:58 / 15 Noyabr 2026
374
20:55 / 15 Noyabr 2026
106
20:44 / 15 Noyabr 2026
237
20:39 / 15 Noyabr 2026
100
20:30 / 15 Noyabr 2026
125
20:09 / 15 Noyabr 2026
356
19:51 / 15 Noyabr 2026
389
19:37 / 15 Noyabr 2026
126
19:17 / 15 Noyabr 2026
136
19:09 / 15 Noyabr 2026
125
18:40 / 15 Noyabr 2026
141
18:05 / 15 Noyabr 2026
152
17:53 / 15 Noyabr 2026
1987
17:43 / 15 Noyabr 2026
787
17:16 / 15 Noyabr 2026
686
17:12 / 15 Noyabr 2026
4035
17:09 / 15 Noyabr 2026
128
15:50 / 15 Noyabr 2026
138
15:25 / 15 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.