Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3484
26.11.2025, 17:13
Ədliyyə Nazirliyinin Mühafizə Alayında kütləvi işdən çıxarılmalar baş verir.
Oxu24.com xəbər verir ki,Penitensiar Xidmətin Mühafizə Alayında kadr yenilənməsi çərçivəsində bir sıra əməkdaşların işdən azad edilməsi ilə bağlı qərarlar qəbul edilib.
İşdən çıxarılmalar həm intizam qaydalarının pozulması, həm də xidməti vəzifələrin lazımi səviyyədə yerinə yetirilməməsi halları ilə əlaqələndirilir.
Məlumata görə, aparılan daxili yoxlamalar zamanı xidmət intizamının zəifləməsi, nizam-intizam pozuntuları, etik davranış qaydalarına əməl edilməməsi və işə məsuliyyətsiz yanaşma kimi faktlar qeydə alınıb. Bu səbəbdən həmin əməkdaşlarla əmək münasibətlərinə xitam verilib.
Mühafizə Alayında paralel olaraq kadr islahatları davam etdirilir. Boşalan vəzifələr üzrə açıq müsabiqələr keçirilir, peşəkarlıq, fiziki hazırlıq və psixoloji dayanıqlıq əsas seçim meyarları kimi tətbiq olunur.
Yenilənmə prosesinin qarşıdakı aylarda da davam etdirilməsi, alayın şəxsi heyətinin tam şəkildə modern tələblərə uyğunlaşdırılması gözlənilir.
Qeyd edək ki, Mühafizə Alayının komandiri vəzifəsinə sentyabr ayından polkovnik-leytenant Bəxtiyar Məmmədov təyin edilib. Oktyabr ayında isə komandirin müavini - qərərgah rəisi polkovnik Vüqar Novruzov ehtiyata buraxılıb. Bir sıra zabitlər isə işdən çıxarılıb.
Bu gün yerli mediada yayılan xəbərlərə görə,vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubovun və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin ədliyyə orqanlarından xaric edilərək qulluq keçmələrinə xitam verilib.
Hazırladı: Miri Məcidli
22:05 / 15 Noyabr 2026
1
21:57 / 15 Noyabr 2026
47
21:37 / 15 Noyabr 2026
473
21:07 / 15 Noyabr 2026
625
20:58 / 15 Noyabr 2026
374
20:55 / 15 Noyabr 2026
106
20:44 / 15 Noyabr 2026
237
20:39 / 15 Noyabr 2026
100
20:30 / 15 Noyabr 2026
125
20:09 / 15 Noyabr 2026
356
19:51 / 15 Noyabr 2026
389
19:37 / 15 Noyabr 2026
126
19:17 / 15 Noyabr 2026
136
19:09 / 15 Noyabr 2026
125
18:40 / 15 Noyabr 2026
141
18:05 / 15 Noyabr 2026
152
17:53 / 15 Noyabr 2026
1987
17:43 / 15 Noyabr 2026
787
17:16 / 15 Noyabr 2026
686
17:12 / 15 Noyabr 2026
4035
17:09 / 15 Noyabr 2026
128
15:50 / 15 Noyabr 2026
138
15:25 / 15 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.