Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
633
26.11.2025, 16:55
Ötən gün Milli Kitabxanada Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin 60 illiyi ilə əlaqədar nəşr olunmuş “Qala Adam” kitabının və “Rəşad Məcid-60” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycanın müasir ictimai mühitində, ədəbiyyat, media və mədəniyyət sahəsində Rəşad Məcidin xüsusi yeri olduğunu önə çəkərək “Qala Adam” kitabı vasitəsilə bu barədə, həmçinin yubilyarın müstəsna şəxsi keyfiyyətləri haqqında ətraflı məlumat almağın mümkünlüyünü vurğulayıb.
Daha sonra “Rəşad Məcid-60” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib və bazadakı materiallar tam şəkildə tədbir iştirakçılarına təqdim edilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar uzun zamandan bəri tanıdığı, son 20 ildən artıq müddətdə bərabər çalışdıqları Rəşad Məcidlə bağlı yüksək fikirlərini dilə gətirib. O, Rəşad Məcidi son dərəcə etibarlı, sözündə və mövqeyində möhkəm insan olmaqla bərabər, çox istedadlı şair və publisist kimi qiymətləndirib. Anar R.Məcidin publisistik yazılarının Mirzə Cəlilin, Üzeyir bəyin publisistikasının uğurlu davamı olduğunu qeyd edib və ona ən xoş arzularını çatdırıb.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov çıxış edərək Rəşad Məcidi daim irəli gedən, yenilikci insan, istedadlı şair kimi tanıdğını deyib: “Rəşad müəllim lap cavan yaşlarından artıq cəmiyyətdə öz işlərinə görə ağsaqqallıq statusunu qazanıb. “525-ci qəzet” hazırda Azərbaycanda ən çox oxunan qəzetdir, burada mədəniyyət də, tarix də, ədəbiyyat da, şəxslər haqqında da məlumatlar, məqalələr öz əksini tapır. Şəxsən şahidəm ki, bütövlükdə Azərbaycan cəmiyyətinin, xalqımızın Rəşad Məcidə böyük hörmət və rəğbəti vardır”.
Daha sonra çıxış edənlər - BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və digər tədbir iştirakçıları Rəşad Məcidlə bağlı fikirlərini bölüşərək ona yeni uğurlar arzulayıblar.
Sonda Rəşad Məcid çıxış edərək bütün qonaqlara, iştirakçılara, tədbirin uğurlu təşkilinə görə Milli Kitabxananın əməkdaşlarına minnətdarlığını bildirib.


22:05 / 15 Noyabr 2026
1
21:57 / 15 Noyabr 2026
47
21:37 / 15 Noyabr 2026
473
21:07 / 15 Noyabr 2026
625
20:58 / 15 Noyabr 2026
374
20:55 / 15 Noyabr 2026
106
20:44 / 15 Noyabr 2026
237
20:39 / 15 Noyabr 2026
100
20:30 / 15 Noyabr 2026
125
20:09 / 15 Noyabr 2026
356
19:51 / 15 Noyabr 2026
389
19:37 / 15 Noyabr 2026
126
19:17 / 15 Noyabr 2026
136
19:09 / 15 Noyabr 2026
125
18:40 / 15 Noyabr 2026
141
18:05 / 15 Noyabr 2026
152
17:53 / 15 Noyabr 2026
1987
17:43 / 15 Noyabr 2026
787
17:16 / 15 Noyabr 2026
686
17:12 / 15 Noyabr 2026
4035
17:09 / 15 Noyabr 2026
128
15:50 / 15 Noyabr 2026
138
15:25 / 15 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.