Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
644
26.11.2025, 16:47
Deputat Günay Ağamalının qızı olduğu iddia edilən Nigar Həsənovanın “TikTok”da görüntüləri yayılıb. Videoda boynunda xaç olan gənc xanım rəqs edir. Deputatın Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olması səbəbindən videonun məzmunu və iddialar daha çox müzakirə edilib.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Günay Ağamalı yayılan görüntülərin saxta olduğunu bilirib.
Deputat qeyd edib ki, sosial mediada ailə üzvləri haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır: “Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir”.
G.Ağamalının sözlərinə görə, videodakı qız onun övladı deyil: “Yayılan videodakı şəxs mənim övladım deyil. Bu, sifarişlə hazırlanmış qara piar kampaniyasıdır. Videodakı qızın övladımla müəyyən bənzərliyi olsa da, onun bizə heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir”.
“Hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququna malikdir. Bizi yolumuzdan heç kim çəkindirə bilməz. Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq. Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram”.
22:05 / 15 Noyabr 2026
1
21:57 / 15 Noyabr 2026
47
21:37 / 15 Noyabr 2026
473
21:07 / 15 Noyabr 2026
625
20:58 / 15 Noyabr 2026
374
20:55 / 15 Noyabr 2026
106
20:44 / 15 Noyabr 2026
237
20:39 / 15 Noyabr 2026
100
20:30 / 15 Noyabr 2026
125
20:09 / 15 Noyabr 2026
356
19:51 / 15 Noyabr 2026
389
19:37 / 15 Noyabr 2026
126
19:17 / 15 Noyabr 2026
136
19:09 / 15 Noyabr 2026
125
18:40 / 15 Noyabr 2026
141
18:05 / 15 Noyabr 2026
152
17:53 / 15 Noyabr 2026
1987
17:43 / 15 Noyabr 2026
787
17:16 / 15 Noyabr 2026
686
17:12 / 15 Noyabr 2026
4035
17:09 / 15 Noyabr 2026
128
15:50 / 15 Noyabr 2026
138
15:25 / 15 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.