Mavriki Prezidenti İçərişəhərlə tanış olub
20 May 2026, 11:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
545
26.11.2025, 12:07
Azərbaycanda noyabrda müşahidə olunan mülayim havaya səbəb isti hava kütlələrinin cənubdan hərəkət etməsi və cənub-şərq küləklərinin üstünlüyüdür.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report"a bildirilib ki, havanın orta temperaturu noyabr ayının ötən dövründə iqlim normasından Bakıda və Abşeron yarımadasında 3,9 dərəcə yüksəkdir.
Ümumilikdə noyabrda 22 gün temperatur normadan yüksək olub:
"Çoxillik müşahidə məlumatlarının təhlilinə əsasən, ötən illərin noyabr aylarına nəzər salsaq, əvvəlki illərdə də yüksək temperatur rejimi qeydə alınıb. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-cü ildə 25 dərəcə, bölgələrdə isə 29 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan mülayim hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir".
Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov bildirib ki, hazırda Azərbaycanın bütün rayonlarında isti hava müşahidə olunur:
"Rayonlarda havanın temperaturunda 7-8, Naxçıvanda isə 12 dərəcəyədək artım var. Bu iqlim dəyişikliyi ilə bağlıdır".
R.İsmayılov əlavə edib ki, Azərbaycanda havanın dəyişməsinə ən çox təsir şimaldan və cənubdan daxil olan hava kütlələri ilə bağlıdır:
"Hazırda cənubdan axan hava kütlələri səbəbindən ölkədə isti hava müşahidə edilir. Qışda havanın temperaturunun soyuq keçib-keçməməsinə gəlincə, bu, kzotik proseslərlə bağlıdır. Şimal hava kütlələri ölkəyə daxil olanda artıq havalar soyuya bilir".
Həmçinin oxuyun
11:37 / 20 May 2026
1
11:34 / 20 May 2026
9
11:32 / 20 May 2026
12
11:31 / 20 May 2026
17
11:30 / 20 May 2026
16
11:18 / 20 May 2026
196
11:10 / 20 May 2026
64
11:06 / 20 May 2026
39
11:03 / 20 May 2026
42
10:59 / 20 May 2026
40
10:47 / 20 May 2026
37
10:43 / 20 May 2026
51
10:39 / 20 May 2026
47
10:36 / 20 May 2026
144
10:31 / 20 May 2026
59
10:30 / 20 May 2026
120
10:22 / 20 May 2026
44
10:15 / 20 May 2026
53
10:11 / 20 May 2026
70
10:09 / 20 May 2026
375
10:07 / 20 May 2026
132
09:55 / 20 May 2026
44
09:53 / 20 May 2026
52
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.