Tədiyyə bildirişi nədir?
14 Yanvar 2026, 23:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1879
26.11.2025, 10:45
Prezident Administrasiyasının sabiq rəhbəri, dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi ittihamları ilə ev həbsinə məhkum edilən Ramiz Mehdiyevin nəsil şəcərəsi ilk dəfə açıqlanıb.
Oxu24.com xəbər verir ki, bu barədə onun kəndçisi, sabiq deputat Fərəməz Novruzoğlu yazıb.
O bildirib ki, Ramiz Mehdiyevin erməni qarışığı olması barədə yayılan iddialara görə bu faktları təqdim etməyi lazım bilib:
“Ramiz Mehdiyevin etnik mənşəyi ilə bağlı bildiyim və həqiqəti əks etdirən faktları diqqətinə çatdırıram.
Ramiz Mehdiyevin anasının adı Gövhərdir. Əslən Naxçıvan şəhərindəndir. 1930-cu illərdə hər yerdə olduğu kimi, Şərurda, eləcə də bizim kənddə - Qarxunda kolxoz quruluşuna keçildi.
Kollektivləşmənin tələblərindən biri də o idi ki, hamı, hətta körpə uşaq sahibi qadın vətəndaşlar səhərdən-axşama kolxoz tarlalarında kətmən vurmalıdır. Bəs gənc anaların uşaqlarına kim baxsın? Kommunist rejimi problemi həll etmək üçün bir neçə kəndin birləşdiyi kolxozun mərkəzi mülkündə uşaq bağçaları təşkil edirdi. Qarxun kəndində də uşaq bağçası təşkil edilir. Kənddə oxumuş qadın olmadığı üçün bağçanı idarə edəcək müdirə Naxçıvan şəhərindən gətirilir. Həmin qadın Ramiz Mehdiyevin anası Gövhər xanım olur. Və bu yolla o xanım Ənvər Mehdiyevlə tanış olub evlənir, onların izdivacından Ramiz Mehdiyev doğulur.
Ramiz Mehdiyevin atası Ənvər Mehdiyev isə köklü qarxunludur”.
F.Novruzoğlu vurğulayıb ki, Ramiz Mehdiyevin ulu əcdadları Qarxun kəndinin sakinləri olub:
“Şərur mahalının 1831 və 1843-cü illər, eləcə də Şərur-Dərələyəz mahalının 1873-cü il kameral təsvirlərindən onun 9-cu qurşaqdan ulu əcdadını müəyyən etmək olur. 1831-ci il kameral təsvirindən görürük ki, o tarixdə bizim kəndimizdə 28 ailədə birləşən 148 sakin olub. Həmin 28 ailənin dördü mənim ulu babam Molla Cəfər və onun dörd oğlunun ailələridir. İki ailə isə Ramiz Mehdiyevin ulu əcdadları ilə bağlıdır:
- Kərbəlayı İbrahim;
- Kərbəlayı Məmmədvəli.
Bizi maraqlandıran ikinci oğuldur - Məmmədvəli, çünki Ramiz Mehdiyev o xətdən gəlir.
1831-ci ildə Məmmədvəlinin 70 yaşı olub, yəni hardasa 1760-cı illərdə anadan olub. Bu hesabla kameral təsvirdə Məmmədvəlinin atası kimi adı keçən Mehdixanı 1730 təvəllüd göstərə bilərik. Beləliklə, Mehdiyevin ulu əcdadlarının 300 illik tarixi bizə məlum olur.
Həmçinin oxuyun
Kameral təsvir materiallarına əsaslanaraq, Ramiz müəllimin Mehdixan və Kərbəlayı Məmmədvəlidən sonrakı nəsil şəcərəsi belə davam edir:
- Məmmədvəlinin iki oğlu olub: Bayram Yüzbaşı və Məhəmməd Sultan;
- Bayram Yüzbaşının İsmayıl, Sadıx, Sail və Abbasqulu adlı 4 oğlu olub. Abbasquludan Abbasovlar tayfası törəyib, bu gün də çox böyük tayfadır və sonradan Ramiz Mehdiyevə gələn xətdən qız almaqla qohumluq əlaqələrini təzələyiblər;
- Məmmədvəlinin digər oğlu Məhəmməd Sultanın 3 oğlu olub: Şirəli, Nəcəfqulu və Hüseynqulu;
- Hüseynqulu 1829-cu ildə anadan olub, çünki kameral təsvir tərtib olunanda iki yaşında imiş. Onun oğlu Mehdi (soyadları burdan gəlir), Mehdinin oğlu Hüseynquludur. Hüseynqulunun 3 oğlu, Çiçək adlı bir də qızı olur. Çiçək nəslin digər qanadı olan Abbasovlardan biri ilə evlənir, 4 oğlu olur - Abbas, Maqsud, Hüseyn və Əli. Təkcə Abbasın 8 oğlu var - Əsəd, Aydın, Qorxmaz, Oqtay, Hafiz, Firuz, Səfər və Nizam. Digər qardaşların da hər birinin 5-6 oğlu var, onların hər birinin övladları, nəvələri var.
Çiçəyin böyük qardaşı Həsənin 3 oğlu var:
Hüseynqulu, Xanlar və Arif. Hüseynqulunun da 3 oğlu var: Telman, Nəriman və Mərdan. Xanlar və Arifin də oğul övladları var.
Ramiz Mehdiyevin doğmaca əmisi oğlanları olan bu üç qardaş - Hüseynqulu, Xanlar və Arif mənim müəllimim olublar. Hüseynqulunun oğlu Nəriman isə sinif yoldaşım olub.
Həsənin digər iki qardaşı Ənvər və Cümşüddür. Ənvər Mehdiyev Ramiz Mehdiyevin atasıdır.
Mən çox istərdim ki, Mehdiyevin yaxın qohumları Xanlar müəllimin, Arif müəllimin və onun oğlunun şəkilini bu yazının altına atsınlar. Onları Ramiz Mehdiyevdən ayırmaq olmur.
Yəni deməyim o ki, Ramiz Mehdiyev əsla erməni kökənli deyil”.
Qeyd: Mətn BakuPost.az saytından götürülüb.
01:51 / 15 Yanvar 2026
105
00:59 / 15 Yanvar 2026
76
23:58 / 14 Yanvar 2026
105
23:54 / 14 Yanvar 2026
122
23:39 / 14 Yanvar 2026
119
23:35 / 14 Yanvar 2026
86
23:30 / 14 Yanvar 2026
130
23:23 / 14 Yanvar 2026
78
23:18 / 14 Yanvar 2026
373
23:10 / 14 Yanvar 2026
1114
23:08 / 14 Yanvar 2026
601
23:05 / 14 Yanvar 2026
209
23:02 / 14 Yanvar 2026
1027
22:59 / 14 Yanvar 2026
124
22:52 / 14 Yanvar 2026
89
22:48 / 14 Yanvar 2026
482
22:43 / 14 Yanvar 2026
83
22:31 / 14 Yanvar 2026
238
22:26 / 14 Yanvar 2026
274
22:26 / 14 Yanvar 2026
136
22:21 / 14 Yanvar 2026
80
22:13 / 14 Yanvar 2026
116
22:10 / 14 Yanvar 2026
173
22:01 / 14 Yanvar 2026
1026
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.