Səidə Şahpələngova vəfat etdi - FOTO
24 May 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
546
23.10.2025, 17:31
Xəbər verdiyimiz kimi, Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb. Bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Beləliklə, bu müddət daha 3 il uzadılır.
Mövzu ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, bu qərar media sektoruna dövlət səviyyəsində verilən dəyərin göstəricisidir:
"Düşünürəm ki, bu qərar jurnalistlər üçün təkcə iqtisadi güzəşt deyil - eyni zamanda media sektoruna dövlət səviyyəsində verilən dəyərin və etimadın ifadəsidir. Bu addım həm media sahəsinin iqtisadi sabitliyinə, həm də informasiya məkanının keyfiyyətli inkişafına xidmət edir.
Vergi güzəştləri media subyektlərinə maliyyə resurslarını səmərəli bölüşdürmək, texnoloji imkanlarını genişləndirmək və keyfiyyətli informasiya istehsalına yönəlmək imkanı verir. Xüsusilə yeni yaranan və ya rəqəmsal platformalarda fəaliyyət göstərən media qurumları üçün bu güzəşt inkişaf üçün real stimul rolunu oynayır".
O qeyd edib ki, güzəştin davam etdirilməsi jurnalistlərin sosial rifahına da təsir edəcək:
"Güzəştin davam etdirilməsi medianın maddi cəhətdən ayaqda durmasına, jurnalistlərin sosial rifahının yaxşılaşmasına və ümumilikdə informasiya məkanının keyfiyyətinin yüksəlməsinə xidmət edir. Bununla yanaşı, qərar dövlətin media sektoruna göstərdiyi diqqətin, etimadın və dəstəyin bariz göstəricisidir.
Bu təşəbbüs həm də onu göstərir ki, dövlət medianın inkişafında, onun maliyyə sabitliyinin qorunub-saxlanmasında maraqlıdır. Dövlətin media sahəsinə göstərdiyi dəstək informasiya təhlükəsizliyinin təmin olunması, milli dəyərlərin qorunması və sağlam ictimai rəyin formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu, dövlət və media arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın daha da möhkəmlənməsinə şərait yaradır".
Hacıbəy Heydərli qeyd edib ki, dövlət-media münasibətlərinin möhkəmlənməsi baxımından da çox vacib addımdır:
"Dövlətimiz hər zaman jurnalistlərin yanındadır, onların fəaliyyətinə yüksək dəyər verir, media nümayəndələrinin peşəkar inkişafına və cəmiyyətin doğru məlumatlandırılması işinə hərtərəfli dəstək göstərir.
Ümumilikdə, vergi güzəştinin uzadılması media sahəsində davamlı inkişafın təmin edilməsi, yaradıcı potensialın reallaşdırılması və dövlət–media münasibətlərinin möhkəmlənməsi baxımından əhəmiyyətli addım kimi dəyərləndirirəm".
23:03 / 24 May 2026
1
22:43 / 24 May 2026
20
22:18 / 24 May 2026
72
22:04 / 24 May 2026
234
21:40 / 24 May 2026
146
21:39 / 24 May 2026
504
21:30 / 24 May 2026
141
20:41 / 24 May 2026
98
20:19 / 24 May 2026
95
20:11 / 24 May 2026
78
19:39 / 24 May 2026
168
19:09 / 24 May 2026
354
18:55 / 24 May 2026
176
18:37 / 24 May 2026
360
18:29 / 24 May 2026
122
18:03 / 24 May 2026
133
18:02 / 24 May 2026
579
17:50 / 24 May 2026
813
17:19 / 24 May 2026
143
17:17 / 24 May 2026
116
17:09 / 24 May 2026
142
16:49 / 24 May 2026
112
16:40 / 24 May 2026
528
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.