Səidə Şahpələngova vəfat etdi - FOTO
24 May 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
33162
23.10.2025, 15:00
Ramiz Mehdiyevin cinayət əməlləri üzə çıxdıqdan sonra özü və ailəsi haqqında hər gün yeni informasiyalar yayılır.
Medianın gündəmində olan müzakirələrdən biri də,Ramiz Mehdiyevin ailəsində “erməni izi” iddiasdıdır.Mətbuat bundan əvvəl Ramiz Mehdiyevin erməni oğulluğu olduğu iddia edilən Levan Qurskaya haqqında məlumat yaymışdı. Polkovnik rütbəli Levan Qurskaya mühüm postlardan birini tutub.
Oxu24.com Ramiz Mehdiyevin qayınanasının kimliyi barədə ilginc məlumatlar əldə edib. Məlumata görə, O Ramiz Mehdiyevin arvadı Qalina Mehdiyevanın anası Natela Kondratevna Qurskayadır. (Nadaraya). 1923 -cü ilin fevralın 23-də anadan olan Natela Qurskaya 2007-ci ilin martın 26-da vəfat edib.
Onun qəbri Bakının Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı”nda xristianlara mənsub qəbiristanlıqdadır.
Sayt erməni əsilli olduğu iddia edilən Natela Qurskayanın dəfni ilə bağlı özəl məlumatlar da əldə edib.
Mənbənin saytımıza verdiyi məlumata görə,Ramiz Mehdiyevin qayınanasının 2007-ci ildə baş tutan dəfnində məhdud sayda,ailəyə yaxın hesab edilən adamlar iştirak edib. Həmin şəxslərin adları bizə məlum olsa da,açıqlanmasını müəyyən səbəblərdən hələlik məqbul hesab etmirik.
Mənbənin verdiyi məlumata görə,Qalina Qurskaya anasının dəfnində ağlayaraq, erməni dilində ifadələr işlədirmiş. Həmin vaxt ətrafda olan şəxslər də onu sakitləşdirməyə çalışıblar.
Oxu24.com saytının əməkdaşları Ramiz Mehdiyevin qayınansının dəfn olunduğu qəbiristanlıqda olub.
Natela Qurskayanın qəbiri xüsusi altı metr hündürlükdə qala divarla əhatə olunub və dəmir qapı ilə mühafizə olunur. Qapının açarının bir nüsxəsi ailədə,digəri isə təmizlik işlərinə baxan qəbiristanlıq əməkdaşlarındadır.
Məzarlıqda çəkiliş apardığımız zaman məlum oldu ki, iki aydan artıqdır ailədən məzara baş çəkən yoxdur. Söhbətimiz zamanı məlum oldu ki, Mehdiyevlər ailəsinin məzarlıq işçilərinə də pul borcu var.
“Buraya tez-tez o qoca,əsə-əsə gəzən arvad (Red- Ramiz Mehdiyevin arvadı,Qalina Mehdiyevanı nəzərdə tutur) gəlirdi.Özü də 10-AA-501 dövlət nömrə nişanlı avtomobillə ... Bir də hərdən o bankda işləyən qız da (Red - Gəlini Nigar Mehdiyevanı nəzərdə tutur) gəlirdi. İki aydır ki,nədənsə,gəlmirlər.Bizə də hər dəfə 20 manat pul verirdilər. Axırıncı dəfə təmizlədik,dedikləri işləri gördük, amma pulumuzu vermədilər.Sonra eşitdim ki,bunlar ermənidilər... Bunlar doğurdan da ermənidirlər? Erməni olduqlarını eşidəndən sonra daha təmizləmirəm”,-deyə məzarlığın əməkdaşı saytımıza açıqlamasında deyib.
Məzarlıqdan həmin görüntüləri təqdim edirik:
Miri Məcidli
23:03 / 24 May 2026
1
22:43 / 24 May 2026
20
22:18 / 24 May 2026
72
22:04 / 24 May 2026
234
21:40 / 24 May 2026
146
21:39 / 24 May 2026
504
21:30 / 24 May 2026
141
20:41 / 24 May 2026
98
20:19 / 24 May 2026
95
20:11 / 24 May 2026
78
19:39 / 24 May 2026
168
19:09 / 24 May 2026
354
18:55 / 24 May 2026
176
18:37 / 24 May 2026
360
18:29 / 24 May 2026
122
18:03 / 24 May 2026
133
18:02 / 24 May 2026
579
17:50 / 24 May 2026
813
17:19 / 24 May 2026
143
17:17 / 24 May 2026
116
17:09 / 24 May 2026
142
16:49 / 24 May 2026
112
16:40 / 24 May 2026
528
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.