Prezident İlham Əliyevin kortejinin VİDEOSU
21 Noyabr 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
751
29.11.2024, 15:00
Bir neçə gündür paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ukrayna dairəsi”ndə günün müxtəlif saatlarında, xüsusilə gecələr güclü tıxac müşahidə edilir.
Oxu24.com xəbər verir ki, ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar yolun hərəkət hissələrinin daralması nəqliyyatın hərəkətini çətinləşdirib.
Sürücülər bildirir ki, dairədə hərəkətin tənzimlənməsi ilə bağlı edilmiş dəyişikliklər burada xaos yaradıb. Bir çox mütəxəssislər isə “Ukrayna dairəsi”ndə hərəkətin işıqforlarla tənzimlənməli olduğunu qeyd edir.
Bununla yanaşı, dairənin ləğv olunaraq hissələrə bölünməsi və birbaşa hərəkəti təmin edən dəyişikliklərin edilməsi də təklif olunur.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Ukrayna dairəsi”nin turbo tipli dairəyə transformasiya ediləcəyi barədə məlumat yayaraq, ediləcək yeniliklərin görüntülərini yayıb.
Hazırda AYNA-nın sifarişi ilə ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər görülür.
Agentlikdən saytımıza bildirilib ki, yenidənqurma işlərinin dekabrın sonunadək başa çatdırılması planlaşdırılır.

22:20 / 21 Noyabr 2026
1
22:02 / 21 Noyabr 2026
100
21:49 / 21 Noyabr 2026
74
21:32 / 21 Noyabr 2026
292
21:27 / 21 Noyabr 2026
93
21:20 / 21 Noyabr 2026
92
21:17 / 21 Noyabr 2026
294
20:49 / 21 Noyabr 2026
761
20:33 / 21 Noyabr 2026
126
20:09 / 21 Noyabr 2026
1319
19:14 / 21 Noyabr 2026
716
19:12 / 21 Noyabr 2026
175
18:41 / 21 Noyabr 2026
138
18:29 / 21 Noyabr 2026
127
18:19 / 21 Noyabr 2026
135
18:18 / 21 Noyabr 2026
144
17:54 / 21 Noyabr 2026
266
17:43 / 21 Noyabr 2026
2707
17:30 / 21 Noyabr 2026
176
17:17 / 21 Noyabr 2026
139
17:16 / 21 Noyabr 2026
174
17:08 / 21 Noyabr 2026
176
16:45 / 21 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.