Prezident İlham Əliyevin korteji belə hərəkət etdi -VİDEO
21 Noyabr 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
398
29.11.2024, 13:14
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Oxu24.com xəbər verir ki, qanunun 8-ci maddəsinə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurlar.
Daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği nəzərə alınmaqla 6000 manat müəyyən edilməsi təklif olunur.
Dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib
22:32 / 21 Noyabr 2026
1
22:20 / 21 Noyabr 2026
70
22:02 / 21 Noyabr 2026
113
21:49 / 21 Noyabr 2026
76
21:32 / 21 Noyabr 2026
310
21:27 / 21 Noyabr 2026
99
21:20 / 21 Noyabr 2026
95
21:17 / 21 Noyabr 2026
335
20:49 / 21 Noyabr 2026
795
20:33 / 21 Noyabr 2026
128
20:09 / 21 Noyabr 2026
1354
19:14 / 21 Noyabr 2026
720
19:12 / 21 Noyabr 2026
180
18:41 / 21 Noyabr 2026
141
18:29 / 21 Noyabr 2026
128
18:19 / 21 Noyabr 2026
136
18:18 / 21 Noyabr 2026
146
17:54 / 21 Noyabr 2026
269
17:43 / 21 Noyabr 2026
2752
17:30 / 21 Noyabr 2026
177
17:17 / 21 Noyabr 2026
140
17:16 / 21 Noyabr 2026
176
17:08 / 21 Noyabr 2026
177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.