Qaynar xətt:

(+99450) 247 90 86

Velosiped yolları ilə bağlı dövlət standartı qəbul edildi

Velosiped yolları ilə bağlı dövlət standartı qəbul edildi

CƏMİYYƏT

316

14.06.2024, 12:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) TS 9826 “Şehiriçi yollar - Bisiklet yolları” standartının əsasında AZS 951:2024 (TS 9826:2013) – “Şəhərdaxili yollar – Velosiped yolları” dövlət standartını qəbul edib.

Oxu24.com Dövlət Xidmətinə istinadən xəbər verir ki, dövlət standartı velosipeddən istifadənin təşviqi, ölkə ərazisində uyğun infrastruktur - velosiped yollarının və zolaqların yaradılması, əhalinin velosiped sürməyə artan marağı, həmçinin bu sahənin insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyəti nəzərə alınmaqla hazırlanıb.

Dövlət standartı “Nəqliyyat və nəqliyyat infrastrukturu” (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut onu qəbul edərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.