Qaynar xətt:

(+99450) 247 90 86

Şifrəsiz "Wi-Fi"lara qoşulanlara XƏBƏRDARLIQ EDİLDİ - VİDEO

Şifrəsiz \\\"Wi-Fi\\\"lara qoşulanlara XƏBƏRDARLIQ EDİLDİ - VİDEO

CƏMİYYƏT

344

10.06.2024, 19:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Şamaxı və Daşkəsən rayonları ərazisində fəsadlara səbəb olub.

OXU24.COM  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, intensiv yağıntılar nəticəsində Daşkəsən rayonu ərazisində yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çanaxçı-Alaxançallı, Daşkəsən-Xoşbulaq-Astaf, Quşçu-Zəylik, Daşkəsən-Dəstəfur-Qıyıqlı, Şamaxı rayonunda isə Dəmirçi, Qonaqkənd, Qızmeydan, Ərçiman və Qəleybuğurd-Sis-Qaladərəsi avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və qaya parçaları tökülüb, suötürücü borulara ziyan dəyib.

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə AAYDA-nın xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.

Aparılan işlər çərçivəsində yollardan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.