Emin Əmrullayev bu rayonda vətəndaşları qəbul edəcək
27 Noyabr 2026, 11:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
490
19.04.2024, 13:00
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX), eyni zamanda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin iştirakı ilə Abşeron rayonunun Hökməli qəsəbəsində (Bakı-Şamaxı şossesinin 15-ci km-də) fəaliyyət göstərən “Milla Dairy” MMC-də “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Oxu24.com xəbər verir ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd “Milla Dairy” MMC-nin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi müəssisələrdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları müəssisənin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra DYMX-nin Neftayirma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 12 nömrəli Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş obyektdə təxliyə planına uyğun olaraq əməkdaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, təcili tibbi yardım briqadası tərəfindən “yaralılara tibbi yardım göstərilib”, şərti yanğın qısa müddətdə “söndürülüb”.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
11:20 / 27 Noyabr 2026
38
11:19 / 27 Noyabr 2026
41
11:05 / 27 Noyabr 2026
137
11:03 / 27 Noyabr 2026
70
10:59 / 27 Noyabr 2026
75
10:50 / 27 Noyabr 2026
92
10:35 / 27 Noyabr 2026
104
10:26 / 27 Noyabr 2026
108
10:20 / 27 Noyabr 2026
91
10:10 / 27 Noyabr 2026
101
10:07 / 27 Noyabr 2026
108
10:03 / 27 Noyabr 2026
584
09:59 / 27 Noyabr 2026
136
09:55 / 27 Noyabr 2026
112
09:39 / 27 Noyabr 2026
486
09:35 / 27 Noyabr 2026
124
09:34 / 27 Noyabr 2026
116
09:24 / 27 Noyabr 2026
99
09:16 / 27 Noyabr 2026
312
09:13 / 27 Noyabr 2026
176
08:54 / 27 Noyabr 2026
139
00:18 / 27 Noyabr 2026
221
00:08 / 27 Noyabr 2026
236
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.