“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
27 Noyabr 2026, 12:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
371
15.04.2024, 21:15
Hər gün bir avokado yemək natrium qəbulunuzu azaltmağa və daha sağlam yağlar yeməyə kömək edə bilər.
OXU24.COM xəbər verir ki, avokado sağlam yağlar və antioksidantlarla zəngindir, lakin yüksək yağ və kalorili olduğuna görə bəziləri kilo almaq qorxusu ilə onlardan qaçırlar. Altı ay davam edən qarın piylənməsi olan 1008 nəfərin iştirak etdiyi təcrübə bu narahatlığın əsassız olduğunu göstərdi.
İştirakçılar iki qrupa bölünüb: bir qrup hər gün avokado yeyib, ikinci qrup isə bu meyvənin istehlakını ayda iki dənəyə qədər məhdudlaşdırıb. Rasionlarına bundan başqa heç bir məhdudiyyət qoyulmayıb. Birinci qrupa, həmçinin avokado əsaslı reseptlər verilib.
Altı ay avokado yeyəndən sonra subyektlərin pəhrizləri sağlam qidalanma vərdişlərinə daha uyğun oldu: onlar daha çox tərəvəz və sağlam yağlar yeməyə başladılar, həmçinin qeyri-sağlam yağların, şəkərin, natriumun və rafinə edilmiş taxılların miqdarını azaldıblar. Bununla belə, subyektlərin çəkisi əhəmiyyətli dərəcədə dəyişməyib. Bu o deməkdir ki, avokado istehlakı çəki və ya qarın yağını nə artırır, nə də azaldır.
Alimlər hesab edirlər ki, burgerə yüksək natriumlu ketçup əlavə etmək əvəzinə, insanlar təzə avokadoya üstünlük versələr, yaxşı olar. Yaxud da səhər yeməyi üçün bir qab rafinə edilmiş taxıl əvəzinə avokado püresini seçə bilərlər.
Nəticələr onu göstərir ki, hər gün avokado yemək sağlamlığınıza və ya bədən görünüşünüzə zərər vermir və pəhrizinizin keyfiyyətini artıra bilər. Alimlər avokado püresini sendviç üzərinə yaxmağı, özünü isə salat souslarına əlavə etməyi və şokoladlı desertlərin hazırlanmasında istifadə etməyi tövsiyə ediblər.
12:56 / 27 Noyabr 2026
59
12:41 / 27 Noyabr 2026
96
12:37 / 27 Noyabr 2026
79
12:34 / 27 Noyabr 2026
231
12:32 / 27 Noyabr 2026
69
12:28 / 27 Noyabr 2026
81
12:09 / 27 Noyabr 2026
81
12:07 / 27 Noyabr 2026
93
12:03 / 27 Noyabr 2026
96
11:50 / 27 Noyabr 2026
114
11:45 / 27 Noyabr 2026
85
11:40 / 27 Noyabr 2026
220
11:35 / 27 Noyabr 2026
105
11:20 / 27 Noyabr 2026
113
11:19 / 27 Noyabr 2026
114
11:05 / 27 Noyabr 2026
289
11:03 / 27 Noyabr 2026
106
10:59 / 27 Noyabr 2026
109
10:50 / 27 Noyabr 2026
135
10:35 / 27 Noyabr 2026
133
10:26 / 27 Noyabr 2026
146
10:20 / 27 Noyabr 2026
120
10:10 / 27 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.