Suriyada PKK-çılar rus və türk hərbi texnikasını daşla və “Molotov kokteyl”ləri ilə atəşə tutublar.
Hadisəni əks etdirən video EHA MEDYA xəbər portalının Twitter səhifəsində yerləşdirilib.
Kadrlardan göründüyü kimi, kişilər və qadınlar Rusiya hərbi texnikasına “Molotov kokteyli” atırlar və maşın alışır.
Videonun şərhində qeyd olunur ki, hadisə zamanı Rusiya və Türkiyə hərbçiləri Fəratın şərq sahilində Kobani yaxınlığında birgə patrul həyata keçiriblər.
Oxu24.com
ŞƏRHLƏR