Azərbaycanda işsizlər üçün şad xəbər. Yeni yaradılan şirkət işsiz vətəndaşların köməyinə çatacaq. Dövlətin əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində gördüyü silsilə tədbirlərə dəstək məqsədi ilə yaradılan “Mak Marin LTD” şirkəti fəaliyyəti barədə ictimaiyyətə məlumat verib.
Yeni yaradılan Şirkətin rəhbəri
Mətanət Süleymanzadə bildirib ki, əsas məqsədləri maddi durumu yaxşı olmayan vətəndaşlara dəstək olmaq və Azərbaycan hökümətinin bu istiqamətdə gördüyü işlərə dəstək verməkdir .
“Bildiyiniz kimi ölkə rəhbərliyinin verdiyi sərəncamlarda sahibkarların, iş adamlarının maneəsiz olaraq fəaliyyət göstərməsi hər zaman öz əksini tapıb. Cənab İlham Əliyevin tərəfindən son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, vətəndaşların maddi rifah halı yüksəlib, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalının və sosial infrastrukturun inkişafına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. Biz Dövlətin gördüyü bu işlərdən ilhamlanın fəaliyyətə başladıq. Məqsədimiz “Mak Marin LTD” şirkəti vasitəsi ilə sosial durumu zəif olan vətəndaşlara dəstək olmaq və onların ixtisaslaşıb müəyyən peşələrə yönləndiirlməsidir ”, deyə Mətanət Süleymanzadə şirkəti planları barədə danışarkən qeyd edib.
"Mak Marin LTD" şirkəti müxtəlif peşə sahibləri nə öz qapılarını açıb. Bu isə əhalinin daha böyük hissəsinin işlə təmin olunması deməkdir. İş prinsiplərindən danışan şirkətin rəhbəri Mətanət Süleymanzadə bildirib ki, hətta ixstisası olmayan vətəndaş da onlara müraciət edə və müəyyən peşəyə sahib ola bilərlər.
“ Biz işədüzəltmə şirkəti deyilik.
“Mak Marin LTD” podratçı şirkətlərin sifarişi əsasında kadrlar toplayır, ixtisaslaşdırır və sifariş verən şirkətə kadrı tam hazır şəkildə təhvil verir. Buna görə də bizim seçim imkanımız böyükdür. Bəzən elə vətəndaşlar olur ki, onların heç bir təhsili olmur. Bizim əsas məqsədlərimizdən biri ixtisası olmayan vətəndaşların da müəyyən peşəni qavraması və işə yönəlməsini təmin etməkdir. Hazırda şirkətimiz vasitəsi ilə yüzdən artıq vətəndaşa sertifikat verilib və müəyyən layihələrə yönləndirilib.”
“Mak Marin LTD” şirkəti işini peşəkar və gənc kadrlarla qurub. Şirkətdə vəzifə tutan şəxslərin böyük əksəriyyəti yüksək təhsilə malik gənclərdir. Əməliyyatlar üzrə departament rəhbəri
Şəhriyar Quliyev görüləcək işlər barədə məlumat verib. Şirkətin məqsədini açıqlayan departament rəhbəri bildirib ki, onlar əməkdaşlıq üçün hər bir kəsə açıqdılar.
“ Bizdə əsas iş prosesi layihələrin hazırlanması, müştərək müqavilələrin hazırlanmasıdır. Şirkətimiz 3 ərazidə mövcuddur. “Mak Marin LTD” şirkətinin yerləşdiyi iş ofisi, tədris mərkəzi və işçilərin ixtisas keçdiyi ərazi. Bizim tədris mərkəzlərində yüksək peşəkarlığa malik müəllimlər tədris keçir. Burada vətəndaş peşəni tam qavradıqdan sonra ixtisası üzrə layihəyə yönləndirilir.”
“Mak Marin LTD” şirkəii xarici dövlətlərlə də sıx əməkdaşlıq edir. Beynəlxalq Münasibətlər Şöbəsinin rəhbəri
Kərim Rüstəmov layihələrin hazırlanmasında beynəlxalq təcrübədən yararlandıqlarını bildirib. Bu istiqamətdə bir sıra xarici ölkələrlə müqavilələr də imzalanıb. O, bildirib ki, şirkət işində yeniliyə də imza atıb. Yeni işə gələn şəxslərə xarici dil bilikləri də tədris ediləcək.
“ İctimaiyyətə müjdə olaraq bildirmək istəyirəm ki, şirkətimizin nəzdində ingilis dili kursu açılıb. Burada dəniz sektorunda çalışan şəxslərin dəniz terminologiyasının öyrədilməsi və sertifikatlaşdırılmasıdır. Bu kursun məqsədi dənizçilərimizin beynəlxalq işlərdə yaxından iştirak etməsini təmin etməkdir. İngilis dilinində dəniz terminlərini qazanmış şəxslər daha perespektivli işdə çalışa biləcəklər. Buna görə də dənizçiləri də bizimlə əməkdaşlığa dəvət edirik”
Layihə meneceri
Ruslan Məhərrəmov iş barədə ətraflı məlumat verib. O, qaynaqçıların işinin təşkili prosesi barədə danışarkən bildirib ki, işə qəbul edilən şəxslər xüsusi ərazidə təlim keçir.
“İşimiz əsasən şirkətin “Murphy” şirkəti ərazisində qaynaqçıların öyrədilməsi, işin gedişi prosesinə nəzarət etməkdir. Bizim ərazidə təlim keçən şəxslərə xüsusi geyimlər verilir. Onlar ixtisaslı şəxslərin rəhbərliyi altında ərazidə qaynaqçı peşəsinə yiyələnir. Bütün bunların təşkilini, nəzarətini bizim şirkət həyata keçirir.”
Şirkətin təqdimat mərasimində incəsənət nümayəndələri də iştirak edib. Onlar yeni yaradılan şirkətə uğurlar arzu edib.
“Mak Marin LTD” şirkətinin rəhbəri
Mətanət Süleymanova onlara müraciət etmək istəyən vətəndaşlara ünvan və əlaqə vasitələri barədə məlumat verib. O, sonda hər bir vətəndaşın şirkəti olduğunu deyərək hər kəsə uğur arzu edib.
“Biz internet saytlarıməzda ətraflı məlumat vermişik. Ünvanımız Nərimanov rayonunda yerləşir. Artıq tədris mərkəzimiz də fəaliyyətə başlayıb. Hər kəsi bizimlə əməkdaşlığa dəvət edirik”.
Oxu24.com
ŞƏRHLƏR