Bu gün səhər saatlarında Bakı metrosunun "Xalqlar Dostluğu" stansiyasında sərnişin sıxlığı müşahidə olunur.
Oxu24.com xəbər verir ki, qatarın 4 dəqiqə intervalla gəlməsi azmış kimi, sonuncu vaqonun qapısı da açılmayıb. Daha sonra bütün qatarda işıqlar sönüb. Maşinistin mudaxiləsindən sonra qatar hərəkətə gəlib. Hazırda stansiyada həddindən artıq sərnişin sıxlığı var.Hadisə şahidlərinin verdiyi məlumata görə qatar 20 dəqiqə tuneldə qalıb. Həyəcandan huşunu itirənlər də olub.
Oxu24.com
ŞƏRHLƏR