Xalq artisti Yalçın Rzazadənin vəziyyəti kəskin pisləşib.
Bu barədə axar.az-a xalq artistinin oğlu Mətin Rzazadə məlumat verib. M.Rzazadə bildirib ki, atası təcili Türkiyəyə aparılıb.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl ürəyində və öd kisəsində problemlər yaranan Y.Rzazadə qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya yerləşdirilmişdi.
Onun müalicəsini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Oxu24.com
ŞƏRHLƏR