Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
28 Noyabr 2026, 01:11
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1278
08.12.2023, 12:41
Azərbaycanda qızılca sürətlə yayılır. Hətta peyvənd olunanlar da bu xəstəliyə yoluxur. Əslində insanların əksəriyyəti belə düşünür ki, qızılcanın yayılma səbəbi peyvənd olunmamaqdır. Hətta valideynləri peyvənddən qorxmaqda qınayırlar. Virusların kütləvi ölümə səbəb olduğu, pandemiya və epidemiya olduğu ərəfələrdə peyvəndin önəmi üzə çıxır.
Peyvəndlər dövlət tibb müəssisələrində ödənişsiz olsa da, özəl klinikalarda ödənişli və olduqca bahadır.
Paytaxtdakı bir neçə özəl klinika ilə əlaqə saxlayıb peyvəndlərin qiymətini öyrəndik.
Məlum oldu ki, qızılca üçün peyvənd 123 manatdan 190 manata, Qrip üçün 80 manatdan 140 manata, difteriya, tetanus, göy öskürək, poliomielit, hepatit A, HİV çöpləri əleyhinə birlikdə Heksaksin peyvəndi 187 manatdan 220 manata, Suçiçəyi əleyhinə 159 manatdan 217 manata,
Vərəm əleyhinə (BeSeJe) 10 manata, Difteriya və tetanus əleyhinə birlikdə peyvənd isə 20 manatadır. Onu da qeyd edək ki, peyvəndin vurulması üçün də əlavə olaraq 20 manat xidmət haqqı istənilir. Bundan əlavə özəl klinikalarda həkim qəbulu 40 manatdan başlayır.
Özəl klinikalarda peyvəndlərin dodaquçurdan qiymətləri valideynləri çaşdırır.
Həkim deyir ki, qızılca peyvəndi olunanlar azdır. Aytən İsmayılzadənin sözlərinə görə həm özəl klinikalarda, həm dövlət tibb müəssisələrində vaksinlər eynidir.
Həkim deyir, peyvəndləmə mərkəzləşmiş şəkildə olmalıdır.
Həkimin sözlərinə görə, bu və ya digər səbəbdən valideynlərin uşaqlarına peyvənd vurdurmamasının heç bir məntiqi yoxdur, təsəvvür edin bu gün ki gündə difteriya yayılsa nə olar? , çox dəhşətli mənzərə yaranar. Ona görə də həm hər kəs zamanında peyvənd olunmalıdır. (Apa)
12:43 / 29 Noyabr 2026
52
12:03 / 29 Noyabr 2026
86
12:00 / 29 Noyabr 2026
102
11:33 / 29 Noyabr 2026
113
10:55 / 29 Noyabr 2026
113
10:25 / 29 Noyabr 2026
209
10:24 / 29 Noyabr 2026
433
10:00 / 29 Noyabr 2026
271
09:58 / 29 Noyabr 2026
134
09:54 / 29 Noyabr 2026
126
09:15 / 29 Noyabr 2026
146
01:31 / 29 Noyabr 2026
237
01:22 / 29 Noyabr 2026
223
00:11 / 29 Noyabr 2026
310
23:56 / 28 Noyabr 2026
649
23:47 / 28 Noyabr 2026
244
23:36 / 28 Noyabr 2026
989
23:13 / 28 Noyabr 2026
254
22:57 / 28 Noyabr 2026
256
22:29 / 28 Noyabr 2026
267
22:11 / 28 Noyabr 2026
259
22:01 / 28 Noyabr 2026
247
21:50 / 28 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.