Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98854
az

Qızılcanın insanlar üçün yaratdığı təhlükə açıqlanıb

19:5702 Dekabr, 2023
801
TİBB
  • A
“Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da kəskin respirator viruslara yoluxma saylarında artım müşahidə olunur. Buna həm payız-qış mövsümü, həm də koronavirus infeksiyasının hələ də davam etməsi, eləcə də qızılca xəstəliyinin yenidən alovlanması səbəb olub”. Bunu “Report”a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib. Onun sözlərinə görə, müraciətlər arasında respirator viruslar üstünlük təşkil edir: “Pasiyentlər həm qrip, həm pnevmoniyadan ağırlaşma ilə gəlir. Xatırladım ki, bu gün poliklinikaların hamısında qrip peyvəndi var. Nəzərinizə çatdırım ki, bütün yoluxuculuq qabiliyyəti yüksək olan xəstəliklərin qarşısının alınmasında peyvənd ən yaxşı çıxış yoludur”. Həkim-infeksionist vurğulayıb ki, bir xəstəliyin yayılması zamanı onun pandemiya və ya epidemiya halına çevrilməsini epidimoloqlar müəyyən edirlər: “Hazırda ölkədə yayılması davam edən qızılca xəstəliyinə hələ kütləvi yoluxmalar qeydə alınmayıb. Amma bilməliyik ki, qızılca yüksək yoluxuculuq qabiliyyətinə malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90%-ni yoluxdura bilər. Peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır. Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir və müalicəsi olmayan bir çox xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür”. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, bir çox ölkədə uşaqlar arasında naməlum tənəffüs yolu virusu sürətlə yayılır. Buna əsas kimi COVID-19 məhdudiyyətlərinin aradan qaldırılması, payız-qış mövsümünün başlaması, həmçinin qrip və digər virusların yayılması göstərilir. Xatırladaq ki, Azərbaycanda əhalinin qrip əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Eyni zamanda orta və yaşlı əhalinin qızılcaya qarşı da vaksinasiya olunması nəzərdə tutulur. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əl və ayaqlarınızda uyuşma hiss edirsinizsə, diqqətli olun -  Səbəbi bu ola bilər
Baş ağrılarını və öskürəyi sağaldan, infarkt və insultun qarşısını alan, cinsi meyli artıran MÖCÜZƏVİ ƏDVİYYAT
Quru öskürək, mədə-bağırsaq iltihabı və ishalın - Təbii DƏRMANI

Vanqa: Xoşbəxtlik üçün evdə bunları saxlayın!

18+

Fil xəsətliyi görün nədən yaranırmış: Müalicəsi olmayan bəla  (18+FOTOLAR)
Rusiya tərəfi şok video yaydı:ABŞ silahları belə məhv edilir
Polis vətəndaşın şikayətinə niyə reaksiya vermir?  —  Kameraya düşmüş oğurluq 
Əl və ayaqlarınızda uyuşma hiss edirsinizsə, diqqətli olun -  Səbəbi bu ola bilər
Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi barədə cinayət işi başlanılıb