Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97510
az

Böyrəklərin Xəstə Olduğunu göstərən 10 VACİB ƏLAMƏT

22:1207 Noyabr, 2023
592
TİBB
  • A

Dünyada böyrək problemi yaşayan insanların sayı elə də az deyil. Sadəcə, əksəriyyəti həmin problemlərin  mövcudluğundan xəbərsizdir.  Onlar simptomlar haqqında məlumatlı deyillər.  Simptomlar bunlardır:

Tez yorulmaq. İnsan hər hansı adi işi görərkən belə, tez yorulur və özünü gücdən düşmüş kimi hiss edir.

Göz ətrafındakı şişkinlik. Bu, o deməkdir ki, böyrəklərdə maye yığılıb və həmin maye limfa damarları vasitəsilə gözlərə çatıb. Yəqin  indi  gözlərinizin önünə bu simptomlarla gün keçirən nə qədər adam gəldi, hə? Və siz öyrəndiklərinizi onlara anlatmağa tələsirsiniz? Tələsməyin, dediklərinizə inanmayanlar, hətta sizə hirslənənlər də tapılacaq. Onları məlumatlandırmaq üçün bu videonun linkini atsanız, ən yaxşısını etmiş olarsınız.

Ödəmlər və ya ayaqların alt hissəsindəki şişkinliklər. Bunlar  böyrəklərinizin protein itirməsindən qaynaqlanır. Bəli, orqanizmdə zülal  disbalansı yarandıqda hüceyrələrin ətrafına maye yığılmağa başlayır.  Yerin cazibə qüvvəsinin təsirilə bu maye aşağıya-ayaqlarınıza tərəf çəkilir.

Gecə tez-tez sidiyə getmək. Düzdür, bu  duruma diabet xəstələrində daha çox rast gəlinir, yenə də,  bir çox problemlərin xəbərçisi saymaq olar. Məsələn; insulin müqaviməti. Bəli, insulin müqaviməti varsa, demək, böyrək təhlükədədir.

Sidikdə köpüklənmə. Təsəvvürünüzdə canlandırmaq üçün deyim: pivəni şüşədən stəkana tökəndə yaranan köpükləri görmüsünüz, hə? Baxın, sidikdə də eynən bu cür köpüklənmə yaranır. Səbəb sidikdə zülalın çox olmasıdır.

Yüksək təzyiq.  Hərçənd, təzyiqin yüksəlməsi bir çox səbəblərdən baş verir, yenə də, böyrəklərin üsyanını nəzərə almaq lazımdır.  Təzyiq mütəmadi olaraq yüksəlirsə, demək, böyrəklərdə xəsarət vardır.

Ürəkbulanma. Xüsusilə, səhər yuxudan oyandığınızda  ürəyiniz bulanırsa,  böyrəklərdəki hansısa problemin  sürətlə irəliləməsindən şübhələnməyə dəyər.  Yəni böyrəklər  filtrləmə gücünü itirib, toksinlər orqanizmdən atılmaq əvəzinə, bütün gecə boyunca üst-üstə qalaqlanıb.

Ağızda metal dadı. Orqanizmdən xaric edilməyən toksinlər, adətən,  qana qarışır. Qan dövranı vasitəsilə ağızdakı reseptorlara qədər gəlib çatır.

Uremik donma. Bu, o deməkdir ki, sidik turşusu  tər vəziləri ilə dəriyədək gəlib çıxır. Dərinin üzərində sidik duzu kristallarını müşahidə etmək olur.   Səbəb böyrəklərdə zülal mübadiləsinin pozulmasıdır.

İştahın azalması. Ağızda metal dadı, acqarına başlayan ürəkbulanmalar varsa,  iştahın azalması normaldır. Lakin bir də var, ümumiyyətlə, yemək haqqında düşünməmək. Yox, fasiləli aclıqdan, ya da orucdan danışmıram. Söhbət günbəgün yeməklərdən iyrənmədən gedir. Əgər belə bir vəziyyət yaşayırsınızsa, həkimə müraciət edin və böyrəklərinizi müayinə etdirin.

Hazırda böyrəklərin müalicəsi 5 mərhələlidir. Əgər 5-ci mərhələyədək heç bir tədbir görülmədisə, hemodializ və ya böyrək köçürülməsi qaçınılmazdır.  Dializ üçün həftədə bir neçə dəfə xəstəxanaya getməli, orada aparata qoşulmalısınız. Bu da həyat keyfiyyətinizi aşağı salmaqdan əlavə, həyat tərzinizi kökündən dəyişməyə də vadar edir.

Böyrək xəstəlikləri üçün mövcud tibbi müalicələr müəyyən simptomların aradan qaldırılmasına hesablanıb. İçilən dərmanların hamısının tərkibində toksin var.  “Dərman bir yandan xeyir edirsə, o biri yandan ziyan edir” deyirlər ha, eynən bu vəziyyət yaranır! Simptomları aradan qaldırmaq üçün içilən dərmanlar böyrəkləri də, qaraciyəri də toksinlərlə yükləməyə davam edir.  Bu da o deməkdir ki, mövcud problem azalmaq əvəzinə, get-gedə böyüyür.

İrəliləmiş böyrək xəstəliyi üçün heç bir müalicə yoxdur. Görülən bütün tədbirlər simptomların yönünü dəyişir, vəssalam! Qan təzyiqini stabilləşdirmək, qanda şəkərin səviyyəsini nizamlamaq üçün dərmanlar   yazılır, ödəmlərin əmələ gəlməməsi üçün sidikqovucular içmək tövsiyə edilir. Bu gün sizə toksin tərkibli dərmanların alternativi olan təbii vasitələrdən danışacağam.  Amma bəribaşdan deyim ki, tətbiq etməmişdən əvvəl həkiminizlə məsləhətləşməyiniz vacibdir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yumurtanın  insana  bu ziyanı var imiş  - Həkimdən şok AÇIQLAMA
Ürəyi Öldürən 8 qida - Ürək xəstələri qətiyyən yeməsin!
Fil xəsətliyi görün nədən yaranırmış: Müalicəsi olmayan bəla  (18+FOTOLAR)

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər