Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97415
az

Bu 9 Qida QARACİYƏRİ Yavaş-Yavaş ÖLDÜRÜR! (VİDEO)

00:3906 Noyabr, 2023
788
TİBB
  • A

Qaraciyəri məhv edən 9 qida 
 

 Bu gün sizə bədənimizdəki ən vacib orqanlardan biri olan Qaraciyəri məhv edən, onu zamanla sıradan çıxaran 9 qidadan danışacam. 

Qaraciyərin orqanizmdəki vacib rolunu hamımız bilirik.  Mədə-bağırsaq traktatından keçən qidalardakı komponentlər orqanizm tərəfindən mənimsənilmək üçün, əvvəlcə, bu orqanda emala məruz qalır.  Həyati vacib maddələrin orqanizmin bütün hissələrinə çatması üçün qaraciyər dayanmadan işləyir. Qaraciyər, həmçinin, orqanizmin təmizlənməsində də əhəmiyyətli rola  malikdir.  Yediyimiz yeməklərin, yaxud hansısa xəstəlik səbəbilə içdiyimiz dərmanların bəziləri orqanizmi əməlli-başlı zəhərləyə bilir.  Qaraciyər məhz bu cür təhlükəli maddələri emaldan keçirərək daha az zərərli hala gətirir.  Qeyri-düzgün qidalanma, alkoqol, viruslar qaraciyərin işinə mane olmaqla yanaşı, onu xəstələndirirlər.  Buna görə də, orqanın sağlamlığı haqqında əvvəldən düşünmək yaxşıdır. Bunun üçün aktiv həyat tərzi keçirmək, zərərli vərdişlərdən imtina etmək,  mənfi təsir göstərən qidaları rasiondan xaric etmək, faydalı məhsullara üz tutmaq lazımdır. 
Qaraciyərə zərər verən qidalar. 
Mənşəyi bilinməyən yağlar. Bu yağların tərkibində heyvan və bitki mənşəli yağlar, böyük miqdarda qida əlavələri var.  Məhsulun əsas işlənmə istiqaməti sobada bişirilən yeməklər və ya şirniyyatlardır.  Amma bu, düzgün deyil.  Çünki bu zaman trans yağlar digər komponentlərin üstünü qabıq kimi örtür. Beləcə, həmin komponentlər orqanizm tərəfindən mənimsənilə bilmir.  Trans yağları neytrallaşdırmaq üçün orqanizm “gərgin rejim”də işləməyə məcbur olur.  Yaxşı olar ki, rasionunuzda marqarin əvəzinə təbii kərə yağı, yaxud zeytun yağı seçəsiniz. 
Mənşəyi bilinməyən konservlər. 

Bu məhsullar, sözün əsl mənasında, qaraciyərin işinə mane olurlar. Onların tərkibində zərərli maddələr boldur. Yağ, sirkə və duz  siyahının əvvəlindədir. Adətən, konservlərə normadan iki dəfə, dəfə yarım çox duz qatırlar.

Mədə-bağırsaq traktatında problem olan insanlara bu məhsulların qəbulunu dayandırmaq tövsiyə edilir.  Ürək-damar xəstəlikləri və sidik sistemi xəstəlikləri də konservlərin mənfi təsirindən öz “paylarını alır”.  Məhsulların mütəmadi qəbulu xəsarətin həcmini artırır. 
Yağlı yeməklər. Qaraciyərə, öd kisəsinə və öd suyunun fəaliyyətinə mane olan qidalar siyahısında yağlı yeməklər də var.  Ona görə də,  heyvan mənşəli, yaxud bitki mənşəli yağların qəbuluna nəzarət edilməlidir.  Salo, kolbasa, kərə yağı, ördək və donuz əti, yağlı ət yaxud tərəvəz həlimləri, yarımfabrikatlar, piroqlar və bu kimi bir çox qidalar daha çox o zaman təhlükəli olur ki, qızardılsın. Yaxşı olar ki, bu qida məhsullarını sobada, buxarda, yaxud isti suda bişirərək yeyəsiniz.  Kartof qızartması və çipsilərin yüksək miqdardakı qəbulu da məsləhət görülmür.  Qızarmış kartof orqanizmə  toksin daşıyır. 
Duz. Həddən artıq duz qəbulu qaraciyəri öldürməyə qadirdir.  Duzun çoxluğu hüceyrələrin ölümünə və fibroza səbəb olur. Sutka ərzində duzun qəbul norması 5 qr-dan çox olmamalıdır. Amma rasionumuzda duz o qədər çox olur ki, imtina etmək bəzən mümkünsüz gəlir.  Böyük hissəsini hazır və ya emal edilmiş məhsullar vasitəsilə qəbul edirik. Məsələn; kolbasalar, hisə verilmiş məhsullar, pendir, konservlər, çipsi və bir çox bu kimi məhsul duzla zəngindir.  Duzun çoxluğu orqanizmdə susuzluq da yaradır ki, bu da çəki artmasının ilkin səbəblərindən biridir.  Duzlu nəsə yedikdən sonra su içmək istəyimizin baş qaldırması məhz bundandır.  Maye balansını qoruyub saxlamaq üçün orqanizm var gücüylə işə qoyulur. 
Şəkər. Qaraciyərin sağlamlığını təhdid edənlərdən biri də şəkərdir.  Faktiki olaraq, istənilən qida məhsulunda şəkərlə rastlaşmaq olur. Sousların, yarımfabrikatların, süd məhsullarının, çörəyin, vitrindəki şirələrin,  tez hazırlanan səhər yeməklərinin, fərqli desertlərin tərkibində şəkər bol miqdardadır.  Həddən artıq şəkər qəbulu qaraciyəri gücə  salır. Gün ərzində nə qədər  çox şirin qida qəbul etsəniz, orqanizm o qədər çox insulin ifraz edir.  Artıq şəkərlərin yağa çevrilərək depolanması baş verir.  Qaraciyərin hüceyrələrində qlükoza üçün hər zaman lazımi qədər yer olmur. Buna görə, şəkərin yağa çevrilməsi daha da sürətlənir.  Bu, qaraciyərin yağlanması probleminin əmələ gəlməsində əsas faktorlardan biridir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Vüqar Qurbanov onu müdir təyin etdi -FOTO

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İtkin düşən 7   nəfər   tapıldı