Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90978
az

Qastro-ezofageal reflüks xəstəliyi - TƏBİİ MÜALİCƏSİ

17:5016 İyun, 2023
750
TİBB
  • A

Qastro-ezofageal reflüks xəstəliyi, qəbul edilən qidanın və ya mədə turşusunun qida borusuna doğru geri qayıtmasıdır. Ümumiyyətlə xəstələr bu halı qıcqırma kimi ifadə edirlər. Lakin belə geri qayıtma, əsasən mədədaxili təzyiqin artması ilə uzanıq vəziyyətdə və ya yemək yedikdən dərhal sonra qısa müddətlik normal qəbul edilə bilər. Lakin şikayətlər xroniki olaraq davam edərsə və bu səbəblə qida borusunda zədələnmələr meydana gələrsə buna Qastro-ezofageal reflüks xəstəliyi deyilir.

Xəstəliyin simptomları:

Mədədə üzərində və ya döş qəfəsinin ortasında, sümüyün altında çənəyə və boğaza yayıla bilən yanma hissi
Ağza acı suyun gəlməsi
Geğirmə
Köp
Qəbul edilən qidanın ağıza qayıtması
Çəki itirmək
Döşdə ağrı
Ağızda qoxu
Xroniki faringit
Allergik astma
Xroniki sinüzit
Dişlərin çürüməsi

Reflyuksdan əziyyət çəkənlərin istahlak etməmələri tövsiyə olunan qidalar

Çox isti və çox soyuq yeməklər
Rəngli çay, qəhvə
Kola və qazlı içkilər
Siqaret
Marqarin
Qızartmalar, qovurmalar, yağlı yeməklər, xəmir yeməklər, qaymaq və yağlı souslar.
Yağlı konfetlər, halva, lokum, quru qoz-fındıq,
Soğan, sarımsaq, tomat pastası və ədviyyatlı qidalar,
Kartof qızartması və kartof püresi,
Quru lobya, noxud, mərcimək, kələm, brüssel kələmi, gül kələm kimi qaz və köp yaradan qidalar,
Sitrus meyvələri, portağal, naringi, qreypfrut, limon, üzüm, qarpız və qovun,
Şokolad,
Turş qidalar
Pomidor
Çiyələk, zoğal, qaragilə və toxumlu qara üzüm
 İstehlakı tövsiyə olunan qidalar isə bunlardır:

Açıq rəngli çay, bitki çayları
Kefir, az yağlı qatıq və probiotik qatıq
Qaynadılmış və ya sobada bişirilmiş ət, toyuq, balıq
Qaynadılmış yumurta, feta pendiri, az yağlı pendirlər
Düyü, makaron
Bişmiş tərəvəzlər
Südlü və ya meyvəli desertlər
Duru yağ
Tam taxıllı buğda və ya çovdar çörəyi
Alma, armud, banan, şaftalı, albalı
Brokoli
Kök və kök şirəsi
Liflə zəngin qidalar
Çobanyastığı çayı
Lobya
Zəncəfil, zirə, keşniş, kəklikotu

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi