Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89254
az

Bu 5 Qida Böyrəkləri MƏHV EDİR - Böyrəkləri Təmizləyən 12 Qida

22:5016 May, 2023
1442
TİBB
  • A

Böyrəklər orqanizmin filtridir. Hər gün böyrəklərdən, demək olar ki, 1700 litr qan keçir.  Həmçinin, 1 litrdən çox sidik keçir ki,  qidalardan ayrılan, orqanizm tərəfindən mənimsənilməyən toksinlər məhz bu yolla bədəndən xaric olunur. 

Bədənimiz elə qurulub ki, daxildəki hər hansı problem haqqında xaricə siqnallar ötürə bilir. Məsələn; böyrək narahatlıqları müxtəlif nahiyələrdəki şişkinliklər vasitəsilə özünü biruzə verir. Əgər səhər yuxudan oyananda  nəyinsə düzgün olmadığını düşünürsünüzsə, ekrana yaxın gəlin.   

ŞAPKA

Əksər hallarda böyrək problemlərinin əsas “günahkarı” sidik turşusu və onun duzlarıdır. Bu maddələrin orqanizmdə hətta normal miqdarda olması belə, bəzən narahatlıq yaradır.  Sidik turşusu və duzları sidik kisəsində daş yaradır, podaqra riskini artırır.  Bu kimi xoşagəlməz hallardan qaçmağın ən bəsit yollarından biri düzgün qidalanmaq, digəri isə lazımi miqdarda maye qəbul etməkdir.

Böyrək problemi yaşayan insanların rasiondan çıxarmalı olduğu qidalar:
Duz. Duz suyu çox tələb edir. Bu sözləri, bəlkə, 100 dəfə eşitmişik. Məhz duz şişkinliklərin səbəbidir. Bundan əlavə, həddən artıq içilən su da, eynən, su qıtlığı kimi, arterial təzyiqi yüksəldir.  Bu, böyrək problemi yaşayan insanın  ürək-damar sisteminin işində də anormallığın meydana gəlmə səbəblərindəndir.

Yağlı/qızardılmış ət.  Burda emala məruz qalmış, hisə verilmiş ətləri də unutmaq olmaz; onlar trans yağlarla zəngindir. Böyrək damarlarında spazmlara yol açan bu cür ət məhsulları, birbaşa böyrəkdəki qan dövranını pozur.

Alkoqollu içkilər. Bu zaman böyrək kanallarında distrofiya yaranması riski ilə üz-üzəyik.

Konservlər.  Tərkibindəki purin sayəsində konservlər podaqra riskini yüksəldir.

İspanaq.  Əsl oksalat mənbəyidir. Sidik turşusunun tərkibində oksalat bol olduğunda  sidik yollarında daş əmələ gəlməsinə səbəb olur.

Böyrəklərin təbii şəkildə təmizlənməsi.

Uşaqlıqdan bəri, bizə deyirlər ki, vitamin və minerallarla zəngin meyvə-təvəzdən yaxşı bədən təmizləyən vasitə yoxdur. Bəs, bu siyahıya nələr daxildir?

Gül kələm. Yüksək miqdarda A, B, C, K vitamininə malik olan gül kələm, eyni zamanda, tərkibindəki antioksidantlar sayəsində böyrək kanallarına xəsarət yetirmək imkanı olan zərərli maddələri neytrallaşdırır.  Gül kələm yeyildikdə, böyrəklərdə baş tutan filtrizasiya prosesi sürətlənir, sidiklə bərabər daha çox toksin bədəndən atılır. Böyrəkdə və ya sidik kisəsində daş olan zaman gül kələm profilaktik məqsədlə xəstənin rasionuna daxil edilir.

Qaragilə. Böyrək ləyənlərində daş əmələ gəlməsinin qarşısını alan qaragilə  böyrək kanallarını xəsarətdən qoruyan antioksidantlarla da zəngindir.  Şəkərli diabet riski ilə üz-üzə olan və yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün də qaragilə müalicəvi qidadır.

Yerkökü. Təbii karoten mənbəyidir. A vitamini ilə zəngin olan qidalar siyahısında yerkökü ilə yanaşı, bolqar bibəri,  qulançar da var. Bunlar böyrək problemlərinin kəskinləşməsinə imkan vermir.

Balqabaq. E vitamini mənbəyidir.  Nənələrimiz əbəs yerə çalışmırdılar ki, rasionumuzda balqabaq sıyığı, balqabaq şirəsi, yaxud sobada bişmiş balqabaq olsun.

İtburnu.  Böyük miqdarda C vitamininə malikdir. Ondan hazırlanan məhlul  universal faydalılıq dərəcəsi ilə seçilir. Məhlulu hazırlamaq üçün: 2 xörək qaşığı yetişmiş itburnu meyvəsini 1 stəkan suya qatın, 15 dəq qaynadın. Gündə 2 dəfə ilıq halda için.

Alma və  gavalı. Hər iki meyvə pektin ilə zəngindir. Pektin  həzm sistemindəki toksinləri təmizləyir. Təzə sıxılmış alma şirəsi təkcə böyrəkləri təmizləməklə qalmır, eyni zamanda, öd kisəsinin və qaraciyərin işini normallaşdırır. Bir daha vurğulayıram: məhz təzə sıxılmış alma şirəsi. Mağazalardakı şirələrə istehsalçılar müxtəlif konservantlar qatırlar ki, məhsulun rəf ömrü uzun olsun. Həmçinin, mağazalardakı məhsulun tərkibində şəkər də çoxdur. Bu cür şirələri içmək orqanizmdə turşu-qələvi balansının pozulması ilə nəticələnir.  Təzə sıxılmış alma şirəsini ya yemək zamanı, ya da yeməkdən sonra içmək məsləhətdir.  Acqarına içilən alma şirəsi mədədə müəyyən narahatlıqlara səbəb ola bilər.

Kəpək. B qrupu vitaminlərinə malik olan kəpək  böyrəyin qan dövranını yaxşılaşdırır.

Mərcanı.  Bu giləmeyvə yüksək miqdarda vitamin və faydalı maddələrə  malikdir.  Mərcanı şirəsi sidik  sisteminin funksionallığını artırır,  daş əmələ gəlməsində böyük rol oynayan oksalatların və duzların orqanizmdən xaric edilməsini sürətləndirir. Bir daha vurğulayıram ki, arzuolunan müsbət nəticəni əldə etmək üçün yalnız təzə sıxılmış şirə içmək lazımdır. Əgər evdə şirə hazırlamaq imkanınız yoxdursa, mağazadan almağa məcbursunuzsa, heç olmasa, qabın üstünü oxuyun.  Konservantların və  dadlandırıcıların miqdarı nə qədər az olsa, o qədər yaxşıdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Xərçəngin 10 ƏSAS SİMPTOMU:  Bunu hamı bilməlidir!
Göbələk xəstəlikləri

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Yasamalda 23 yaşlı qızı avtomobil vurub