Kardioloqdan arıqlama iynələri ilə bağlı AÇIQLAMA
30 Sentyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
949
21.04.2023, 20:14
Spermanın keyfiyyətini azaldan və artıran faktorlar
Spermanın keyfiyyəti düzgün qidalanmadan çox asılıdır. Spermanın aktivliyini artıran qidalar bunlardır:
Spermanın keyfiyyətini aşağı salan faktorlar.
Son 50 ildə kişilərdə spermanın sayının azaldığı müşahidə edilib. Azalmaqda da davam edir. Türkiyəli Qadın Xəstəlikləri, Doğum və Süni mayalanma üzrə mütəxəssis Dr. Betül Görgen orta yaşlı kişilərdə spermanın təkibindəki genlərin anormallaşdığını, xüsusilə, modanın təsiri ilə yayğınlaşan dar geyimlərin spermanın mənbəyinə mənfi təsir etdiyini söyləyir. Həkim həddən artıq idman etmə asılılığının da təbii nəsilartırma şansını azaltdığını qeyd edir.
Son illərdə aparılan araşdırmalar isbatlayıb ki, genetik dəyişimləri uşaqlara orta yaşlı analardan daha çox, orta yaşlı atalar ötürür. Bundan əlavə, cütlüklərin uşaq sahibi olmamağının səbəbi 50% kişilərdir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bir kişinin tibbi dəstək olmadan uşaq sahibi ola bilməsi üçün, 1 ml spermada 15 milyon spermatozoid olması lazımdır. Üzə bilən hüceyrələr olan spermatozoidlər kişinin DNT-sini daşıyırlar və davamlı olaraq xayalarda istehsal edilirlər. Bu istehsal hormonların nəzarəti altındadır və hər 60 gündə proses sıfırdan başlayır.
35 yaşından etibarən kişinin nəsilartırma qabiliyyəti azalmağa başlayır. Kişilər də qadınlar kimi, bioloji saata sahibdir. 2005-ci ildə aparılan bir araşdırmada aşkar edilib ki, 30 yaşdan aşağı qadınların partnyorlarının yaşı 40-dan çoxdursa, qadınların hamilə qalmaq şansı 25% azalır. Qadının yaşı 35-37 arasındadırsa, partnyorunun yaşı 40-dan yuxarıdırsa, qadının hamilə qalmaq şansında azalma 50%-dir. Səbəb isə yaş artdıqca spermanın genetik tərkibinin dəyişməsidir.
Ümumiyyətlə, spermanın keyfiyyətini aşağı salan faktorlar bunlardır:
1. Dar alt geyimi. Kişi modellər, ya da məşhur futbolçular dar və marka alt geyimlərlə heyranedici görünürlər. Amma bu geyim tərzi kişilərin uşaq sahibi olma şansını azaldır. 2012-ci ildə 2500 kişi üzərində aparılan bir araşdırmada məlum olub ki, dar alt geyimi spermanın sayına təsir edir. Dar tumanlar xayaları bədənə yapışdırır, beləcə, nahiyədə hava dövriyyəsi azalır və xayalar isinir. Normalda isə xayalar xarici orqan sayılır və onların temperaturu bədənə nisbətən az olur. İstilik xayalarda sperma istehsalının azalmasına səbəb olur. Dar cinslər və velosiped şalvarları da dar alt geyimlər kimi təsir edir.
2. Xərçəng müalicəsi. Xərçəng əleyhinə müalicə kursu qəbul edən kişilərin də nəsilartırma qabiliyyəti aşağı düşür. Prostat xərçəngi kişilərin 70%-nə təsir edən durumdur. Cərrahi əməliyyatdan sonrakı komplikasiyalar cinsi həyata mənfi təsir edir. Radiasiya və kimyaterapiya sperma istehsalını azaldır. Bu səbəblə də, mütəxəssislər xərçəng olan kişilərin spermalarını dondurmağı tövsiyə edirlər.
14:05 / 01 Oktyabr 2026
1
13:57 / 01 Oktyabr 2026
29
13:39 / 01 Oktyabr 2026
47
12:48 / 01 Oktyabr 2026
63
12:46 / 01 Oktyabr 2026
59
12:14 / 01 Oktyabr 2026
84
11:44 / 01 Oktyabr 2026
63
11:34 / 01 Oktyabr 2026
80
11:22 / 01 Oktyabr 2026
67
11:12 / 01 Oktyabr 2026
73
10:54 / 01 Oktyabr 2026
71
10:49 / 01 Oktyabr 2026
113
10:43 / 01 Oktyabr 2026
81
10:41 / 01 Oktyabr 2026
576
10:39 / 01 Oktyabr 2026
71
10:31 / 01 Oktyabr 2026
79
10:25 / 01 Oktyabr 2026
83
10:18 / 01 Oktyabr 2026
61
10:09 / 01 Oktyabr 2026
79
10:05 / 01 Oktyabr 2026
299
09:51 / 01 Oktyabr 2026
1147
09:50 / 01 Oktyabr 2026
76
09:47 / 01 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.