Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87064
az

Kolbasalardan görün nə çıxdı - VİDEO

16:5715 Aprel, 2023
122
TİBB
  • A

“Halaldır” dedilər, içindən donuz əti çıxdı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Monitorinq Planı”nın icrası məqsədilə kolbasa və sosiska məhsulları üzrə aparılan nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan verilən məlumata görə, cari dövr ərzində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 70-i kolbasa, 39-u sosiska olmaqla, ümumilikdə 109 adda məhsuldan nümunə götürülərək müayinə üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Monitorinq zamanı sınaq nəticələrinə əsasən, 11 istehsalçıya məxsus 21 məhsulda (13-ü kolbasa, 8-i sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 5 məhsulda (4-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 16-da isə (9-u kolbasa, 7-si sosiska) etiket məlumatları ilə bağlıdır.Bəzi məhsulların laborator sınaqları aparılmaqla yanaşı, bu sahədə monitorinqlər davam etdirilməkdədir.AQTA bildirib ki, nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.
Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan 6 istehsalçı müəssisədə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilib. Yoxlama nəticəsində uyğunsuzluq aşkar edilmiş məhsulların dövriyyədən çıxarılması və satış şəbəkələrindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, 1 müəssisənin ("Sevilən Ad" MMC) istehsal fəaliyyəti dayandırılıb, 4 məhsulun istehsalı qadağan edilib, sözügedən müəssisələrin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb. AQTA tərəfindən digər müəssisələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yoxlamalar davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində sınaq nəticələri uyğun olan məhsullarla bağlı geniş məlumat veriləcəkdir.
AQTA istehlakçılara bir daha müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda, dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi