Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85639
az

Böyrəklərin sağlamlığını qoruyan 5 super məhsul

22:1626 Mart, 2023
1961
TİBB
  • A

Kanada alimləri böyrəklərin fəaliyyətini yaxşılaşdıran, böyrəkləri təmizləyən və möhkəmləndirən məhsulların yeni siyahısını tərtib ediblər.  

Oxu24.com  Rusiya KİV-lərinə istinadla bu siyahını nəzərinzə çatdırır.


1. Şüyüd və cəfəri

Alimlər bu 2 göyərtini böyrəklər üçün ən faydalı məhsul kimi qiymətləndiriblər. Alimlər böyrəklərin sağlamlığı üçün şüyüd və cəfərini salatlara əlavə etməyi, çay kimi dəmləyib içməyi tövsiyə edirlər.

2. Alma

Alimlər böyrəklərin sağlamlığı üçün hər gün 3 şirin alma yeməyi tövsiyə edirlər. Almaların qabıqlarını soymayın. Onlar böyrəklər üçün faydalı olan məddələrlə zəngindir.

Araşdırmalar göstərir ki, alma böyrəklərin fəaliyyətini yaxşılaşdırır, böyrək xəstəliklərinin riskini azaldır və hətta mövcud olan böyrək xəstəliyinin inkişafının ləngidir.

Fitoterapevtlər böyrəkləri möhkəmləndirmək üçün adi çayın əvəzinə alma çayını içməyi tövsiy edirlər. Bunun üçün 2 alma qabıqlı şəkildə xırda doğranılır, termosa tökülür, üzərinə yarım l qaynar su əlavə olunur. Dəmləməni axşamdan hazırlayın. Növbəti gün adi çay kimi için.

3. Qarpız

Bu böyrəkləri qoruyan ən tanınmış təbii vasitədir. Qarpız böyrəkləri duz və qumdan təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır.

4.  Balqabaq

A vitamini və kaliumla zəngin olan balqabaq böyrəklərin sağlamlığına müsbət təsir edir. Balqabaq sidkqovucu təsirə malikdir - bağırsaqları təmizləyir, daşların əmələ gəlməsinin qarşısını alır.

5. İtburnu

Xalq təbabətində itburnu dəmləməsi böyrək xəstəlikləri zamanı çox geniş istifadə olunur.

İtburnu dəmləməsi arterial təzyiqi normallaşdırır və bununla da böyrəkləri müxtəlif pozulmalardan qoruyur. Bildiyimiz kimi, yüksək təzyiq böyrəklərin sağlamlığına olduqca mənfi təsir edir.

Həmçinin sidikqovucu təsirə malik olduğundan itburnu böyrəkləri təmizləyir, böyrəklərdə daşların əmələ gəlməsinə mane olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi