Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7592
az

Alimlər xərçənglə bağlı İNANILMAZ NƏTİCƏYƏ GƏLDİ: aktiv cinsi həyat...

22:3202 Dekabr, 2018
891
TİBB
  • A
Harvard Universitetinin alimləri cinsi həyat və prostat xərçəngi arasındakı bağlılığa dair araşdırma aparıblar.

Oxu24.com xəbər verir ki, urologiya mütəxəssisi Can Öbek Harvard Universitetinin araşdırmasına diqqət çəkərək aktiv cinsi həyatın kişilərdə prostat xərçənginin inkişafının yavaşlatdığını bildirib.

Prostat vəzi kişi cinsiyyət üzvlərindən biridir, qarın boşluğunda sidik kisəsınin altında yerləşir və içindən sidik kanalının bir hissəsi keçir. Əsas vəzifəsi prostat şirəsi hasil etməkdir ki, bununla o kişilərin cinsi fəaliyyəti və nəsilartırmasında müstəsna rol oynayır.

Qeyd edək ki, prostat xərçəngi Qərb ölkələrində kişilərdə ən çox qeydə alınan xərçəng növüdür. Bəzi ölkələrdə hər 6 kişidən 1-i həyatı boyu prostat xərçəngi ilə tanış olur. Hazırda dünyada 4 milyon insana bu xəstəliyin diaqnozu qoyulub.

Prostat xərçənginin səbəbi açıq şəkildə müəyyən edilməmişdir. Bununla belə, coğrafi bölgə və həyat tərzi ilə prostat xərçəngi arasında bağlılığın olduğu bildirilir. Cinsi fəaliyyət və prostat xərçəngi arasında bir bağlılığın olub-olmadığı da uzun illər elm dünyasını məşğul edən bir mövzudur.

Bəzi tədqiqatlar göstərir ki, aktiv cinsi həyat prostat xərçəngi ehtimalını artırır. Amma bəzi tədqiqatlar bunun əksini göstərir. Lakin, yeni elmi bioloji məlumatların əldə edilməsindən sonra aktiv cinsi həyatının prostat xərçənginə qarşı qoruyucu ola biləcəyi fikri ağırlıq qazanmağa başlayıb.

Harvard Universitetindən bir qrup tədqiqatçı 2016-cı ildə təxminən 32 min kişi üzərində apardıqları tədqiqatın nəticələrini açıqlayıblar. Nəticələrə görə, gənc (20-29) və orta (40-49) yaş dövrlərində daha aktiv cinsi həyatı olan kişilərdə gələcək həyatlarında prostat xərçənginin inkişafı ləngiyir.  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 106 nəfər saxlanıldı