Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74512
az

Ürək ağrısı ilə sinir ağrısını necə ayırd etməli?

20:0301 Oktyabr, 2022
256
TİBB
  • A

Kürəyin sol tərəfdən ağrısı heç də həmişə ürəkdən qaynaqlanmır. İnsanlar qorxur və dərhal kardioqramma çəkdirir.

Oxu24.com  xəbər verir ki, kardioloq Nataliya Çuiç nevralgiya ilə ürək ağrısının fərqini izah edir.

"Ürəkdə ağrı infarkt, anevrizma, stenokardiya, aritmiya səbəbindən ola bilər.

Nevralgiya ilə ürək eyni oxşar simptomlar verir. Sol tərəfdən qola yayılan ağrı, sancı, qabırğaaltı spazm.
Nevralgiya ağrısında insan kürəyində ağrı nöqtəsini tapıb sıxanda ağrı yerini təyin edir.


Eləcə də hərəkət edəndə ağrı artır, uzananda azalır.
Nevralgiya tutması uzun müddət, saatlarla, günlərlə çəkir. Ürək ağrısı isə dalğavari ağrıdır, kəsir, birdən yayılır.

Nevralgiyada ağrı deşici, uzun, monotondur, ürəkdə isə döş qəfəsi sıxılır, yanır, basqı olur.
Nevralgiyada üz qızarmır, tənəffüs pisləşmir, ürəkdə insan nəfəsinin daraldığını hiss edir.

Eləcə də mədə xorası, mədəaltı vəzi ağrısı, əzələ spazmı, ağciyər pnevmoniyasında da soldan qola yayılan ağrı ola bilər.

Amma belə ağrı olarsa, mütləq birinci kardioloqa gedib infarkt istisna olmalıdır, daha sonra nevroloq baxışı. Xüsusən yaşlı kişilər,qadınlar sinir ağrısıdır deyib, qiymətli vaxtı itirməsin".

Təcili elan! İşçilər tələb olunur: MAAŞ 3000 AZN

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Xərçəngin 10 ƏSAS SİMPTOMU:  Bunu hamı bilməlidir!
Göbələk xəstəlikləri

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Generalın məhkəməsində ŞOK İFADƏ: