Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74504
az

Təcili elan! İşçilər tələb olunur: MAAŞ 3000 AZN

15:1101 Oktyabr, 2022
706
ELANLAR
  • A

Green City Resort Residence

Restoran meneceri
 Son tarix 30 okt 2022 - [email protected]

Əsas vəzifələri:
Restoran ərazisində müəyyən olunmuş fəaliyyət strategiyalarının və standartlarının yerinə yetirilməsinin təmin edilməsi;
Qonaqların məmnuniyyətinin təmin edilməsi və yarana biləcək şikayətləri və narahatlıqlarının pozitiv şəkildə həll edilməsi;
Qiymətlərin, tədarük mənbələrinin, qida üzrə satış tendensiyalarının, inventarların nəzərdən keçirilməsi, toplantılarda iştirak etmək;
Restoranın həyata keçirdiyi əməliyyatların həm rəqabətə davamlı, həm də ən müasir tələblərə cavab verməsini təmin etmək üçün davamlı olaraq yerli, milli və beynəlxalq bazarların tendensiyalarını araşdırmaq və rəhbərliyə təkliflər irəli sürmək;
Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərinin və şərtlərinin istehlak auditinin nəticələrinə cavab verdiyinə əmin olmaq və müvafiq dəyişikliklərin həyata keçirilməsini təmin etmək;
Satış sayınının artırılması, müxtəlif hesabatların dəqiq və vaxtında hazırlanması, restoran fəaliyyətinin bütün sahələrinə nəzarət edilməsi və standartlara uyğunluğunun təmin edilməsi;
Restoran xidməti üzrə işçi heyətinin seçimi, qurulması, təlimləndirilməsi, motivasiyası, idarə edilməsi, gündəlik və aylıq iş planlarının tərtib edilməsi;
Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlərin görülməsi, daima yeniliklər edərək rəhbərliyə təkliflərin verilməsi;
Büdcə planlaşdırılması və təqibi;
Rəqabət təhlilinin aparılması:
Tələblər:
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dili mükəmməl səviyyədə bilməli (Rus və İngilis dili arzuolunandır);
Microsoft Office proqramlarından istifadə qabiliyyəti:
Gözlənilən davranışlar:
Kreativ düşüncə qabiliyyətli;
Nəticəyönümlü;
Komandada işləmə və düzgün idarəetmə;
Nizam-intizamlı;
Təlim-inkişaf yönümlü;
Yüksək dinləmə mədəniyyəti və danışıq qabiliyyəti;
İdaretmə və liderlik bacarıqları:
İş haqqında məlumat:
İş saatları: həftənin 6 günü
Nahar müssisə tərəfindən verilir
Servis xidməti mövcuddur
Ünvan: Şıxov, Salyan şosesi 14 cü km
Əmək haqqı:1500-1800 AZN + satışdan faiz
Tələblərə uyğun olan namizadlərdən CV lərini mövzu bölməsində "Restoran meneceri" qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlaqə tel:(+994)77-277-74-20

 

Green City Resort Residence

Baş mühasib

Son tarix 30 okt 2022 - [email protected]

Əmək haqqı: 2000-3000 AZN

Əsas vəzifələri:
Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onların müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirilməsi;
Aşkar olunan nöqsanların mümkün olduğu halda dərhal yerində həll edilməsi;
Mühasibat məlumatlarının 1C bazasına vaxtı vaxtında işlənməsi, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünün yoxlanılması;
Statistika hesabatlarının vaxtında təqdim olunmasının təmin edilməsi;
Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
Əmək haqqının AR Əmək Məcəlləsinə uyğun hesablanması və köçürülməsi;
Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması və həlli barədə məsləhətlər verilməsi;
Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasınıa, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir:
Tələblər:
Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil
Aidiyyatı sahə üzrə minimum 5 ildən artıq iş təcrübəsi;
Peşəkar səviyyədə Microsoft Office (Excell, Word, Outlook), 1C (8.3) proqramında işləmək qabiliyyəti;
Komandada işləmə və düzgün idarəetmə bacarığı;
Tələbetmə və yönləndirmə bacarığı;
Yüksək analitik qabiliyyəti və problem həll etmə bacarığı;
Beynəlxalq sertifikatların (ACCA F3, F7,) olması əlavə üstünlükdür.
İş haqqında məlumat:
İş saatları Həftənin 5 günü: 09:00-dan 18:00-dək
İstirahət günü: Şənbə və bazar
Nahar müssisə tərəfindən verilir
Servis xidməti mövcuddur
Ünvan: Şıxov, Salyan şosesi.14 cü km
Əmək haqqı: 2000-3000 AZN
Tələblərə uyğun olan namizadlərdən CV lərini mövzu bölməsində "Baş mühasib" qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yaralı halda əsir düşən ruslar Putini təhqir etdilər-"Putin sən ....san"

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət qurumu Qarabağda işçi axtarır - VAKANSİYA
Şuşada işləmək üçün işçi axtarılır- VAKANSİYA
İşçi tələb olunur: Maaş 1800 AZN + BONUS