Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
593
az

Kişilərdə potensiya zəifliyini ARADAN QALDIRMAQ YOLLARI

20:5313 Aprel, 2018
1763
TİBB
  • A
 Statistik göstəricilər də təsdiqləyir ki, potensiya zəifliyi, intim həyatdakı problemlər artıq cavan nəsil üçün də adi hala çevrilməyə başlayıb. Sözsüz ki, bu cür problemlə üzləşən kişilər ilk növbədə mütəxəssis həkimə müraciət etməlidirlər. Bununla yanaşı hər bir kəs həyat tərzinə də diqqət yetirməlidir. Çünki çox vaxt bu sahədə problemi yaradan elə insanın özü olur.

Müasir dövrdə cinsi zəifliyə səbəb olacaq çox amillər var, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, gündəlik rastlaşdığımız sosial-məişət problemləri, düzgün qidalanmama bir çox hallarda kişilərdə cinsi zəifliyə səbəb olur. Nəzərə alsaq ki, normal cinsi fəaliyyət kişi sağlamlığı üçün ən vacib şərtlərdəndir, onda bu problemin aradan qaldırılması üçün düşünməyə dəyər. Bəs problemi necə həll etmək olar?

Məlum olduğu kimi, potensiyanın zəifləməsində insanın mənfi psixoloji durumu ilk sıralarda dayanır. Buna görə da hər bir kəs özünü psixoloji baxımdan tərbiyələndirməyi bacarmalıdır. Bir anlığa özünüz nəticə çıxarın. Həyatınızda baş vermiş xoşagəlməz hadisə haqqında saatlarla, günlərlə düşünmək zamanı geri qaytara, həmin hadisəni başqa səmtə yönəldə biləcəkmi? Təbii ki, yox. Ona görə də gələcəyinizi daha yaxşı qurmaq haqqında düşünün və özünüzü psixoloji yükdən azad edin.

 

Ən başlıca məsələlərdən biri düzgün qidalanma, cinsi fəaliyyəti qaydasında saxlayan qida məhsullarına üstünlük verməkdir. Onlar hansılardır? Bal, qoz, darçın, zəncəfil, zeytun, xardal, xama, kəsmik, süd, yumurta, cəfəri, kök, portağal şirəsi və s. Bu qida məhsullarını davamlı olaraq normasında gündəlik qida rasionunuza daxil etsəniz, apteklərdə satılan və qəbulundan sonra orqanizmdə müxtəlif fəsadlar törədən dərmanlara ehtiyacınız olmayacaq.

 

Cinsi zəifliyə səbəb ola biləcək yağlı xörəklərdən, çox sevdiyimiz ət və kartof qızartmasından, kofedən, koladan, kolbasadan, un məmulatlarından, mayonezdən, spirtli içkilərdən və ən əsası siqaretdən uzaq olun.

 

Normal cinsi fəaliyyətə malik olmaq istəyirsinizsə, artıq çəki yığmağınıza imkan verməyin.

 

Dəfnə yarpağı ilə hazırlanmış suda vanna qəbul etmək cinsi zəifliyin aradan qaldırılmasına köməklik edir.

 

Gün rejiminizi müəyyənləşdirəndə axşam gəzintisinə vaxt ayırmağı mütləq sayın. Normal cinsi fəaliyyət üçün hərəkət, piyada gəzmək vacibdir.

 

Daha vacib amillərdən biri isə davamlı və mütəmadi olaraq cinsi aktda olmaqdır. Uzun müddət cinsi əlaqədən uzaq olmaq cinsi zəifliyə gətirib çıxarır.

 

Yuxu rejiminizə diqqət yetirin ki, bədəniniz gücünü itirməsin. Gücsüz bədən gücsüz potensiya deməkdir.

 

Və ən nəhayət, bir kişi kimi parlaq və normal cinsi həyat yaşamaq istəyirsinizsə, ən azı ildə bir-iki dəfə həkim-androloqla həmsöhbət olun. Elə düşünməyin ki, həkimə yalnız xəstələnəndə getmək lazımdır. Xəstəliklərə qarşı ən yaxşı mübarizə vaxtaşırı profilaktik tədbirlərin həyata keçirilməsidir. (modern.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədən uyuşmazlığı nədir?
Seks və ağrı: intim münasibətdən məhrum qadınların HEKAYƏLƏRİ
Güclü ürəyə sahib olmağın ən asan yolu

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı