Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54952
az

Antibiotiklərdən yanlış istifadənin dəhşətli nəticələri

00:0405 İyun, 2021
1776
TİBB
  • A

Alimlərin fikrincə, dünyada hər il bir və ya iki yeni yoluxucu xəstəlik ortaya çıxır. Yalnız son 30 ildə əvvəllər bilinməyən otuzdan çox patogen müəyyən edilib və onların əksəriyyəti bakteriyadır. Bəşəriyyətin ən təhlükəli son "qonaqları" koronavirusun sələfləri olan yeni viruslardır. Lakin antibiotiklərdən sui-istifadə nəticəsində başqa bir problem gündəmə gəlib - bakteriyaların antibiotiklərə qarşı müqaviməti güclənib.

Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş infeksionisti, professor Vladimir Çulanov danışıb.

"Antibiotikə qarşı bakteriyaların müqavimətinin güclənməsi çox böyük bir qlobal problemdir. Bu, pandemiyada antibiotiklərin rasional olmayan istifadəsi ilə əlaqələndirilir. Klinik mikrobioloqların əvvəllər görmədiyi bir sıra davamlı bakteriya spektrı meydana gəlib. Antibakterial dərmanların həddindən artıq istifadəsi vəziyyəti xeyli pisləşdirir. Eyni zamanda, hökumətlər və əczaçılıq şirkətləri yeni antibiotiklərin inkişafına investisiya qoymağa tələsmirlər. Son 30 ildə belə bir dərmanın yeni sinfini görmədik. Bakteriyalar artıq mövcud antibiotiklərin əksəriyyətinə bu və ya digər dərəcədə müqavimət göstərir", - baş infeksionist qeyd edib.

V.Çulanov inkişaf etmiş ölkələrdə davamlı bakteriya ştammlarının səbəb olduğu xəstəliklərdən ölüm hallarının artdığını vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO