Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52941
az

İmmuniteti gücləndirən ən yaxşı vitamin–minerallar - 7 vasitə

23:1122 Aprel, 2021
3383
TİBB
  • A

Zəifləmiş immun sisteminə dəstək üçün çox zaman əlavə vitamin, mineral və qida əlavələrinə ehtiyac duyur. Xüsusən epidemiya dövründə.
Ən yaxşı əlavələr orqanizmə təbii uyğun bioəlavələrdir.

Medicina.az immunoloqların viruslara qarşı möhkəmlənmək üçün tövsiyə etdiyi vacib preparat və bioəlavələri təqdim edir.


1. Sulfat sink – maye halda olan


Sink çatışmazlığı olan orqanizmin immun sistemi istənilən virusa kəskin və güclü reaksiya verir. Leykositlər siqnal alır və düşmənə hücum edir. Bu əslində, ilk baxışdan yaxşıdır. Amma sink olanda viruslar daha zəif hücum edir, orqanimzmdə kəskin halsızlıq, qızdırma olmur, leykositlər çox artmır, immunitet yumşaq formada və insana əziyyət etmədən müharibəyə qoşulur.

Qripi çox ağır keçirən xəstə varsa, 99% halda onda sink çatışmır. Sİnk az olanda xəstəlik uzun sürür. Belə olan halda sulfat sink immun sistemin bu iş rejimini qaydaya salır, sink patogen mikroorqanizmləri zəiflədir.

2. B 12 vitamini


Demək olar ki, indi hər kəs bu vitamin defisitini yaşayır. Həta analiz onun norma həddində olduğunu göstərsə də, bu o demək deyil ki, qida ilə qəbul olunan bu vitamin tam mənimsənilir.

Bu vitaminin dərman formasında düzgün molekulu metolkobalamin hesab edilir. B 12 virus və digər xəstəliklərə qarşı, sinir sistemi və beyin üçün vacibdir. Vitaminin BAD, preparat və inyeksiya forması var.


3. C vitamini


İmmuniteti qidalandıran antioksidantdır. Bir çox viruslar bu vitaminə qarşı çox həssasdır, o, hüceyrələri turşlaşmaqdan qoruyur, virusu içəridən dağıdır. Bu vitamin iltihabi prosesləri sağaldır, qanda neytrofil və leykositlərin miqdarına nəzarət edir. Onun ən yaxşı forması liposom forma və ya venadaxili damcı yolu ilə köçürülməsidir.

 


4. Melissa bitkisi

Melissanın spirtsiz ekstraktı virusları məhv edir. Onun çayı da mədə-bağırsağın selikli qişasını bərpa edir, sinirləri sakitləşdirir, yuxu gətirir, hormonları tənzimləyir. Melissanın qida əlavəsi, cövhəri və bitkisi satılır.

5. L –lizin


Bu formul orqanizmdə artıq olan virusları məhv edir, yeni viruslara yoluxmanın qarşısını alır. Əgər insanı xroniki soyuqdəymə, zökəm, tez-tez qrip olanlar bu bioəlavənin bir müddət qəbulu barədə düşünsələr yaxşı olar. Epidemiya dövründə L –lizin 500 mq dozada qəbul edilə bilər.

6. Hidrastis


Virus infeksiyalarına qarşı effektivdir. Limfositləri bərpa edir, mğhkəmlədir, ağciyər, burun, boğaz, qulaq iltihabında istifadə edilə bilər.

7. Pişik caynağı btkisi (koşaçiy koqot)


Bu qəribə bitkinin həm preparatı, həm də spirtsiz cövhəri var.

Çox güclü virus əleyhinə vasitədir. Angina, burun, boğaz, ağciyər infeksiyaları, baş ağrıları, sidik sistemi iltihabı, qıcıqlanmış bağırsaq sindromu olanlar üçün bu preparat immuniteti səfərbər edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi