Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1041
04.12.2020, 21:47
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov ona ünvanlanan çox sayda suallara cavab verən həkim koronavirusdan müalicədə əsas nələrə diqqət yetirməyin lazım olduğunu açıqlayıb:
"Ölkənin koronavirus üçün ayrılmış ən yaxşı xəstəxanasında işləməyimə, ağciyərlərimin tutulmasına və onun müəyyən bir hissəsinin pnevmoniya olmasına, xəstəliyin yarada biləcəyi bütün xüsusiyyətlərin halsızlıq, şiddətli ağrılar, dad və iybilmə duyğusunun itməsinə, ciddi baş ağrısı və digər problemlər yaşamağıma baxmayaraq, ev şəraitində qripin bizə diktə etdiyi sadə üsullardan istifadə etdim.
Bol maye və çay qəbul etdim, eyni zamanda bal, mürəbbələr və təbii qidalardan istifadə etdim. Bunlarla yanaşı ölkəmizdə çox rahat tapılan sadə antiviral dərmanların erkən dönəmdə istifadəsi vacibdir.
Yüksək hərarət olduqda isə parasetamol, vitamin C istifadə etməklə və yataq istirahəti ilə bu xəstəliyin öhdəsindən gələ biləcəyimə inanırdım.
İnanıram ki, bütün insanlar sadə yanaşsalar, bu xəstəlikdən canlarını qurtara bilərlər.
Virusun ən çox istədiyi məqam insanların stress və qorxuya düşməsidir. Tövsiyə edirəm ki, heç bir insan qorxuya və stressə düşmədən immun sistemini möhkəm tutmağa çalışsın.
Eləcə də insanların lazımsız yerə xəstəxanalara axın etməsi bu virusun özündən böyük təhlükələr yaradır.
Odur ki, sadə şikayətlərə görə xəstəxanada yatmağı doğru qəbul etmirəm və bu, gün keçdikcə dünya tibbi tərəfindən bir daha təsdiqlənir.
Xəstəxanalara sadəcə oksigen müalicəsi üçün getmək tövsiyə oluna bilər, onun xaricində xəstəxanalara üz tutmaq bizə faydadan çox ziyan gətirəcək.
Lazımsız müalicələrin bu xəstəlikdən əziyyət çəkən və ağırlaşan xəstələrin anemnezində daha çox problem yaratdığını görürük. Yəni xəstəliyin ilkin mərhələlərində virus olmasına baxmayaraq, superinfeksiya olmadan antibiotiklərin kontrolsuz və nəzarətsiz istifadəsi, "Deksametazon" kimi immun supressiv müalicənin insanlar tərəfindən kütləvi şəkildə istifadəsi əks göstərişlər verir. Odur ki, bu dərmanlardan həkim nəzarəti olmadan qətiyyən istifadə etmək olmaz. Bu gün ağırlaşmaların ən böyük səbəbi də bu dərmanlardır".
Həkim vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, vaxtında antiviral terapiya və özümüzə diqqət etməklə virus bir həftə, 10 gün içində keçib gedəcək və heç bir iz qoymayacaq xəstəlik olacaq.
11:10 / 15 Noyabr 2026
7
11:07 / 15 Noyabr 2026
53
10:50 / 15 Noyabr 2026
52
10:25 / 15 Noyabr 2026
178
10:21 / 15 Noyabr 2026
82
10:18 / 15 Noyabr 2026
79
10:12 / 15 Noyabr 2026
103
09:35 / 15 Noyabr 2026
383
07:35 / 15 Noyabr 2026
132
05:50 / 15 Noyabr 2026
134
01:35 / 15 Noyabr 2026
150
01:10 / 15 Noyabr 2026
164
23:59 / 14 Noyabr 2026
353
23:51 / 14 Noyabr 2026
192
23:47 / 14 Noyabr 2026
208
23:33 / 14 Noyabr 2026
171
23:23 / 14 Noyabr 2026
520
23:16 / 14 Noyabr 2026
173
23:05 / 14 Noyabr 2026
725
23:01 / 14 Noyabr 2026
557
22:28 / 14 Noyabr 2026
1404
22:19 / 14 Noyabr 2026
174
21:55 / 14 Noyabr 2026
178
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.