Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
630
21.09.2020, 23:52
Onurğa travmaları qalıcı zədələrə səbəb ola bilər. Gündəlik həyatda yaşanan qəzalar və fiziki aktivlik nəticəsində onurğada meydana gələn qırıq, çıxıq, onurğa beyni zədələri müalicə olunmadığı hallarda ciddi fəsadlara səbəb olur.
Oxu24.com e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan beyin və sinir cərrahiyyəsi uzmanı, professor Mustafa Gürelik yerli mətbuata müxtəlif qəzalar nəticəsində onurğada meydana gələn zədələrin müalicə edilməzsə, həyati təhlükəyə səbəb olduğunu deyib. Mütəxəsssis deyib ki, onurğada qırıqlar və sürüşmələr nəticəsində sümüklər arasındakı disklər yırtıla və ya onurğanı saxlayan əzələ və bağ toxumalarında zədələr yarana bilər. Bu kimi zədələr isə qismən və ya tam iflicə, şiddətli ağrılara səbəb olur.
Neyrocərrah deyib ki, tarvamaların böyük bir qismi şiddətli ağrı versə də, bəzilərində ağrılar yüngül olur. İlkin etapda ciddi əlamət verməyən onurğa zədələri, inkişaf etdikcə dözülməz ağrılarla özünü göstərir.
Professor, xüsusilə idman edərkən təməl qaydaların unudulmamasını, onlara diqqət olunmasını tövsiyə edib. Yol qəzalarının da onurğa travmalarının ən böyük səbəbləri arasında yer aldığını vurğulayan həkim travmadan sonra ortaya çıxan şikayətlər haqda danışaraq bildirib ki, bu hallarda adətən bədənin hər hansı bir yerində gücsüzlük, koordinasiya problemi, iflic, uyuşma, hissiyyatın olmaması, sidik və nəcis ifrazının pozulması, qolların və əllərin hərəkət etdirilməməsi, əzələ zəifliyi kimi şikayətlər özünü büruzə verir.
Onurğa travmalarının ümumiyyətlə, boyunun üst hissəsində, kürəklə bel arasında və belin aşağı hissəsində yarandığını bildirən professorun sözlərinə görə, travma alan şəxsin tibb personalı gələnə kimi hərəkət etdirilməməsi, yer deyişikliyi lazım olduğu halda kürəyi üstdə, onurğanın bükülməsinə imkan vermədən, düz şəkildə, 3-4 nəfər tərəfindən təhlükəsiz yerə götürləməsi vacibdir.
14:30 / 16 Noyabr 2026
58
14:24 / 16 Noyabr 2026
57
14:19 / 16 Noyabr 2026
78
14:14 / 16 Noyabr 2026
60
14:10 / 16 Noyabr 2026
86
14:05 / 16 Noyabr 2026
75
14:00 / 16 Noyabr 2026
61
13:51 / 16 Noyabr 2026
117
13:47 / 16 Noyabr 2026
400
13:41 / 16 Noyabr 2026
103
13:40 / 16 Noyabr 2026
87
13:38 / 16 Noyabr 2026
186
13:35 / 16 Noyabr 2026
85
13:22 / 16 Noyabr 2026
103
13:16 / 16 Noyabr 2026
405
13:10 / 16 Noyabr 2026
125
13:06 / 16 Noyabr 2026
88
13:03 / 16 Noyabr 2026
96
13:01 / 16 Noyabr 2026
97
12:49 / 16 Noyabr 2026
100
12:44 / 16 Noyabr 2026
1005
12:42 / 16 Noyabr 2026
114
12:36 / 16 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.