Bu ən məşhur və faydalı yoqa pozalarından biridir. Buna “yay pozası” da deyilir.
Yay pozasının bir çox faydaları var:
- onurğanın sağlamlığını qoruyur, qaməti yaxşılaşdırır
- bel və qol əzələlərini gücləndirir
- bel, boyun ağrılarını azaldır
- ağciyər, qaraciyər, böyrəklərin fəaliyyətini yaxşılaşdırır
- öskürək və bronxitin müalicəsində yardım edir
- böyrəküstü vəzilər və mədəaltı vəzinin işini stimullaşdırır
- mədə və bağırsaqların işinə müsbət təsir edir – köp və həzmsizliyi azaldır, qəbizliklə mübarizə etməyə yardım edir
- qarın əzələlərini möhkəmləndirir, qarnı daha yastı edir
- sinir sisteminin fəaliyyətini aktivləşdirir
- enerji bəxş edir
bildirir ki, yay pozası zamanı yalnız qarın yerə dəyməlidir. Pozada 20 saniyədən 1 dəqiqəyə qədər qalmaq lazımdır. ⠀
Nəzərə almaq lazımdır ki, hipertoniya xəstəliyi, hipertireoz, mədə və 12 barmaq bağırsağı xorası, hamiləlik zamanı bu məşqi etmək olmaz.
Oxu24.com
ŞƏRHLƏR