Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36607
az

Çiban. Səbəblər və ev şəraitində müalicə. FOTO

01:2831 İyul, 2020
758
TİBB
  • A

Çiban latın dilində "furunculus"dur. Piy vəzi və ya tük kisəsi iltihablaşır, orada irin yığılır və nəticədə çiban əmələ gəlir. Furunkullar əsasən üzdə, boyundə, beldə müşahidə olunur.

Bəzən bədəndə eyni zamanda bir neçə furunkul əmələ gələ bilər ki, bu hal "furunkulyoz" adlandırılır. Bu ciddi xəstəlikdir. Xəstədə hərarətin qalxması, intoksikasiya (halsızlıq, əzələ ağrıları və s.) kimi simptomlar meydana çıxa bilər. Belə xəstə mütləq həkimə müraciət etməlidir.

Çibanlar sizi tez-tez narahat edirsə, bu orqanizmdə olan hər hansı ciddi pozulmanın əlaməti ola bilər. Bu halda həkimə müraciət etmək və tam müayinədən keçmək lazımdır.

Çibanların əsas səbəbləri arasında:

- gigiyena qaydalarına diqqət etməmək

- düzgün olmayan qidalanma (orqanizmə həddindən çox miqdarda heyvan zülalların və şəkərin daxil olması)

- immun sisteminin zəifləməsi

- mübadilə proseslərinin pozulması

- ciddi hormonal dəyişikliklər (məsələn, yeniyetmələrdə çibanlara tez-tez təsadüf edilir).

Çiban kiçikdirsə (5 mm qədər) onu ev şəraitində müalicə etmək olar. Çiban daha iridirsə, üzdə yerləşirsə  və ya çibanlar çoxdursa, mütləq həkimə müraciət edin. Çibanların müalicəsi ilə cərrah məşğul olur.

Ev şəraitində "yetişməmiş" çibanın üzərinə "Vişnevski" və ya "İxtiol" məlhəmi ilə olan sarıq qoymaq lazımdır. Bunun üçün steril bintin üzərinə məlhəm çəkilir, çibanın üzərinə qoyulur və plastrla dəriyə bərkidilir. Sarığı hər gün dəyişmək lazımdır. Çıbanın ətrafında olan dəri antiseptiklə ("perekis", spirt) işlənməlidir.

Çibanı sıxmaq, kəsmək olmaz. Bu çox təhlükəlidir!

Çiban "yetişəndə" onun içində olan irin çölə axır. Yaranı və ətrafda olan dərini antiseptiklə silmək və yaranın üzərinə antibakteril məlhəmlə (məsələn, Levomekol məlhəmi ilə) sarıq qoymaq lazımdır. Bunu yara bağlanana qədər edin. Yaranın sağalması gecikirsə, yara daim nəm olur, içindən irin axırsa, həkimə müraciət edin.

Müalicə zamanı zülallı və şirin qidaları azaltmaq, daha çox meyvə, tərəvəz yemək lazımdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO