Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36247
az

Kalsium defisiti niyə təhlükəlidir?

18:0024 İyul, 2020
611
TİBB
  • A

Kalsium (Ca) orqanizmdə aşağıdakı prosesləri tənzimləyir:

- Ca sümüklərin və dişlərin struktur materialıdır

- Sinir-əzələ oyanıqlığını tənziməyir

- Endokrin vəzilərin, əsasəndə qalxanabənzər ətrafı vəzin funksiyasını təmin edir

- Maddələr mübadiləsinə təsir edir

- Orqanizmin müdafiə qabiliyyətini möhkəmləndirir

- İltihabəleyhinə, antiallergik təsir göstərir

- Qanın reologiyasını normal saxlayır

- Bir çox fermentativ reaksiyalarda iştirak edir

Kalsium defisiti ciddi metabolik pozulmalarla nəticələnən patoloji prosesdir.

Kalsium defisitinin simptomları və fəsadları

Uşaqlarda: başın tərləməsi, dişlərin gec çıxması, böyük əmgəyin açıq qalması, saçların tökülməsi, sümük deformasiyaları, toyuq döş qəfəsi, çəkməçi döş qəfəsi, spazmofiliya, qıcolmalar və s.

Böyüklərdə: əzələlərdə səyrimə və qıcolmalar, əl və ayaq barmaqlarında keyləşmə, əsəbilik, təzyiqin yüksəlməsi, koqnitiv pozulmalar. Defisit uzunmüddətli olduqda isə mübadilə pozulmalarına, o cümlədən, osteopeniya, osteoporoz, sümüklərin sınma riskinin yüksəlməsinə səbəb olur.

Kalsium orqanizmə az daxil olduqda lazım olan tələbatı ödəmək üçün o, sümüklər, dişlər, iri oynaqlardan çıxır və sümüklərin qurulması stronsiya hesabına gedir, bu da sümüklərdə dəyişikliyə səbəb olur: sümükdə əlavələr əmələ gəlir. Ca çatışmazlığı davam edərsə, osteoporoza gətirər.

ÜST-ün məlumatına görə osteoporoz 10 ən çox yayılmış xəstəliklər siyahısına daxildir. Ekspertlərin məlumatına görə hər 2,5 dəqiqədən bir osteoporozla bağlı sınıqlar müşahidə edilir. Osteoporoz daha çox qadınlarda müşahidə olunmasına baxmayaraq, 50 yaşdan yuxarı kişilərdə də tez-tez inkişaf edir. Osteoporozun erkən mərhələsində və ya profilaktika məqsədilə müalicə aparılması olduqca vacibdir.

Məlumdur ki, osteoporozun qarşısını almağın və ya müalicəsinin əsas xüsusiyyətindən biri Ca qəbul etməkdir.

Onu da qeyd edək ki, təkcə kalsium çatışmazlığı deyil, artıqlığıda da orqanizm üçün ziyanlıdır. Birləşdirici toxumada artıq toplanan kalsium hüceyrələrin fizioloji aktivliyini azaldır, sinir sisteminin oyanıqlığını artırır, böyrəklərdə daş xəstəliyinə səbəb olur. Həll olmayan Ca, Mg oksalat, urat mənşəli iri böyrək daşlarının əmələ gəlməsinə səbəb olur.

Belə nəticəyə gəlmək olar ki, orqanizmin normal həyat fəaliyyəti üçün onun tələbatına uyğun miqdarda kalsiuma ehtiyacı var. Kalsium tərkibli preparatlar təyin edərkən mütləq bu nüanslar nəzərə alınmalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi