Uzun müddət tox saxlayan qidalar AÇIQLANDI
15 May 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
660
23.07.2020, 19:33
“Yer planetini siləcək olaylardan qaçmaq mümkün deyil”.
Publika.az xəbər verir ki, bu sözlər dünyaca məşhur fizik Stiven Hokinqin ölümündən əvvəl gələcəyə dair proqnozlarının arasında yer alıb.
Koronavirus pandemiyası yayıldıqdan sonra gələcəklə bağlı bir daha gündəmə gələn fikirlərdən ən çox səsləndirilənlər arasında Hokinqin ehtimalları üstünlük təşkil edir.
76 yaşında həyata gözünü yuman alim bildirib ki, planetimizin sonunu gətirəcək olaylar arasında asteroid toqquşması kimi kosmik hadisələrlə yanaşı, süni intellekt, iqlim dəyişikliyi, genetikası dəyişdirilmiş viruslar və nüvə müharibələri yer alıb.
Hokinq 2016-cı ildə BBC-yə müsahibəsində dünyada 1 il içində bir fəlakətin gerçəkləşmə ehtimalının çox az olduğunu demişdi: “Amma bu ehtimal geniş zaman dilimində artar və min, on min il kimi zaman dilimində, demək olar ki, dəqiq hala gələr. Bəşəriyyət bu zaman çərçivəsində qalaktikaya yayılmalıdır. Lakin qarşıdakı yüz il ərzində kosmosda özünə kifayət edəcək qədər texnologiyaya sahib ola bilməyəcəyik. Buna görə də çox diqqətli olmalıyıq”.
Alim süni intellektin yaratdığı fürsətlərdən xəbərdar olsa da, təhdidlərinə qarşı xəbərdarlıq etməyi unutmurdu. O, 2014-cü ildə BBC-yə müsahibəsində süni intellektin tam olaraq inkişaf etməsinin bəşəriyyətin sonunu gətirə biləcəyini bildirmişdi. Onun fikrincə, zəkalı robotların inkişaf etmiş formaları insanlardan daha üstün vəziyyətə gələ bilər.
S.Hokinq dünyadakı həyata dair ən böyük təhdidlərdən birinin iqlim dəyişikliyindən gələcəyini düşünürdü: “ABŞ-ın Paris İqlim Müqaviləsindən çıxması təşvişvericidir. Geriyə dönüşü olmayan nöqtəyə çox yaxınıq. Donald Trampın bu hərəkəti dünyanın 250 dərəcə istilikdə və turşu yağışlarının olduğu Veneraya bənzəməsinə gedən yolu aça bilər”.
Qeyd edək ki, Hokinq 14 mart 2018-ci ildə İngiltərədə vəfat edib.
23:59 / 16 May 2026
41
23:52 / 16 May 2026
59
23:48 / 16 May 2026
79
23:31 / 16 May 2026
134
23:28 / 16 May 2026
141
23:24 / 16 May 2026
66
23:17 / 16 May 2026
115
23:16 / 16 May 2026
69
23:01 / 16 May 2026
208
22:55 / 16 May 2026
55
22:48 / 16 May 2026
181
22:45 / 16 May 2026
51
22:35 / 16 May 2026
247
22:27 / 16 May 2026
542
22:26 / 16 May 2026
70
22:07 / 16 May 2026
82
21:48 / 16 May 2026
68
21:32 / 16 May 2026
79
21:10 / 16 May 2026
164
20:41 / 16 May 2026
97
20:13 / 16 May 2026
96
20:01 / 16 May 2026
77
19:53 / 16 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.