Uzun müddət tox saxlayan qidalar AÇIQLANDI
15 May 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
689
22.07.2020, 21:23
4 aydır İspaniyada məlum səbəblərdən qalan və nəhayət ki, Bakıya qayıdıb, ağciyər pnevmoniyaları və koronavirus xəstələrinin müalicəsinə və həkimlərə dəstəyə başlayan professor, tanınmış pulmonoloq Əlizamin Sadiqov maraqıl açıqlamalar edib.
O, Azərbaycanda koronavirusla bağlı yanlış bilinən həqiqətləri açıqlayıb.
Medicina.az həkimin “Sadə həqiqətlər” verilişində bir çox məqamlara aydınlıq gətirəcək açıqlamalarını təqdim edir:
“Bu gün apteklərdə, qara bazarda, əldən-ələ baha qiymətə satılan bəzi məşhur və ya qeyri məşhur dərmanların COVİD 19 xəstəliyinin müalicəsinə heç bir aiddiyyatı yoxdur. Heç bir klinik təcrübə yoxdur ki, bu dərmanların effektivliyi sübut olunsun. Nə Amerikada, nə Avropada burdakı o dərmanlar istifadə olunmur.
Effekti olmayan dərmanların mənim millətimə təyini və zorla qəbulu nə qədər doğrudur? Bununla ancaq bir qrup dərman biznesmenlərinin xeyrinə işləyirsiz. Bu dərmanları qəbul etsəniz də eyni sağalacaqsız və ya ağırlaşacaqsız, qəbul etməsəniz də eyni adamsız.
Xəstəxanalarda lazımlı–lazımsız dərmanlarla xəstələri yükləyirlər. Çox boşluqlar var. Antibiotiklər bəlalı yerimizdir. Xəsttə xəstəxanaya daxil olan kimi də ən azı 2-3 antibiotikə məruz qalır. Heç birinin də effekti yoxdur.
Bakterial infeksiya belə koronaviruslu xəstələrin 5-7%-də sübut olunur. Stasionara yerləşdirilmiş xəstələrin 90%-də bakterial infeksiya olmur, olsa da çox az olur. Amma xəstəyə bahalı, mənasız, çox sayda antibiotiklər vurulur. Xəstələr apteklərdə dərman qoymayıb. Ölkədə dərman qıtlığı var. Nədir bu dərman ajiotajı. Səbəb nədir?
İnsanların beyninə sanki yeridiblər ki, çox dərman atsan, antibiotik vursan, bu xəstəliyi həll etmiş olacaqsan. 100 il də keçsə etməyəcəksən! Bir xəstəyə 15-18 adda dərman yazırlar. Bizim həkimlər çox sui istifadə etdilər bu məsələdə. Xəstə nə qədər dərman qəbul etməlidir? Aptek şəbəkələrinə bu hücumun nə anlamı var? Etməyin belə".
22:35 / 16 May 2026
102
22:27 / 16 May 2026
122
22:26 / 16 May 2026
27
22:07 / 16 May 2026
49
21:48 / 16 May 2026
42
21:32 / 16 May 2026
59
21:10 / 16 May 2026
138
20:41 / 16 May 2026
81
20:13 / 16 May 2026
85
20:01 / 16 May 2026
67
19:53 / 16 May 2026
93
19:27 / 16 May 2026
86
19:00 / 16 May 2026
240
18:49 / 16 May 2026
90
18:22 / 16 May 2026
242
18:07 / 16 May 2026
96
17:56 / 16 May 2026
247
15:34 / 16 May 2026
98
15:15 / 16 May 2026
432
15:13 / 16 May 2026
111
14:31 / 16 May 2026
92
14:25 / 16 May 2026
96
14:15 / 16 May 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.