Uzun müddət tox saxlayan qidalar AÇIQLANDI
15 May 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
771
19.07.2020, 15:41
“Orduya dəstək yürüşlərində heç kəs karantin qaydalarını gözləmədi. Bu da yoluxma hallarının artmasına səbəb ola bilər. Yüzlərlə insan bir yerə toplaşdı və maska taxmadı. Hamısı yaxın məsafədə idi. Aralarında 1-2 nəfər virus daşıyıcı olsa, başqalarına keçirmə ehtimalı yüksəkdir”.
Oxu24.com-ın xəbərinə görə, bu sözləri baş infeksionist Cəlal İsayev deyib.
O qeyd edib ki, yas mərasimləri kütləvilik baxımından çox ağırdır və insanlar bu yerlərdə qaydaları gözləməlidirlər:
“İtkimiz ağırdır. Ordumuzun qəhrəman, yüksək çinli zabitləri şəhid olub. Ürək ağrısı ilə bu xəbərləri eşidirik. Amma yaxınları da, dəfndə iştirak edənlər də karantin dövrünü düzgün qiymətləndirməlidir. İnsanlar yenidən toplaşacaqlarsa, maska taxmayacaqlarsa bunun sonu ağır olacaq. Bir müddət sonra bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşayacağıq. Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalarda, ziyarətlərdə, dəfn mərasimlərində iştirakdan çəkinməlidir.
Böyük ehtimal ki, yoluxma dinamikasında artım müşahidə olunacaq. Bir tərəfdən ermənilərlə müharibə şəraitindəyik, digər tərəfdən isə ölkədə COVID-19 pandemiyası hökm sürür. Üçüncü bir tərəfdən, yenidən toplaşma stabilliyin pozulması deməkdir. İnsanların toplaşıb qaydalara əməl etmədən nümayiş keçirməsi ölkəni təhdid altında qoymaq deməkdir. Gəlin bu işə diqqətli yanaşaq və sabitliyimizi qoruyaq. Bizim iki düşmənimiz var. Onlara qarşı birlikdə mübarizə aparaq”.
Publika.az
12:55 / 16 May 2026
32
12:54 / 16 May 2026
59
12:39 / 16 May 2026
111
12:36 / 16 May 2026
44
12:29 / 16 May 2026
42
12:27 / 16 May 2026
45
12:15 / 16 May 2026
47
12:11 / 16 May 2026
142
12:00 / 16 May 2026
58
11:57 / 16 May 2026
55
11:42 / 16 May 2026
63
11:40 / 16 May 2026
57
11:38 / 16 May 2026
335
00:49 / 16 May 2026
307
00:37 / 16 May 2026
303
00:00 / 16 May 2026
332
23:36 / 15 May 2026
323
23:31 / 15 May 2026
134
23:27 / 15 May 2026
121
23:25 / 15 May 2026
120
23:22 / 15 May 2026
133
23:20 / 15 May 2026
368
23:19 / 15 May 2026
315
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.