Qaynar xətt:

(+99450) 247 90 86

Böyrək daşı xəstəliyinin riskini 45% azaldan SADƏ MEYVƏ

Böyrək daşı xəstəliyinin riskini 45% azaldan SADƏ MEYVƏ

TİBB

798

18.07.2020, 19:15

Amerika Nefroloqlar Cəmiyyəti mütəxəssislərinin fikrinə görə, adi alma böyrəklər üçün "meqa-faydalı" məhsuldur.

Alimlərin müşahidələrinə görə, tez-tez alma yeyən insanlarda böyrək daşı xəstəliyinə bu meyvəni xoşlamayan və nadir hallarda yeyən insanlarla müqayisədə 45% daha az rast gəlinir.

Oxu24.com saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrinə görə, bunun səbəbi almanın tərkibində çoxlu miqdarda olan pektindir. Pektinin bir çox faydalı xüsusiyyətləri var: qanda şəkər və xolesterinin səviyyəsini aşağı salır, bağırsağın sağlamlığını qoruyur, piylənmənin riskini azaldır.

Mütəxəssislər hər gün 1-2 alma yeməyi tövsiyə edirlər