Qaynar xətt:

(+99450) 247 90 86

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ

TİBB

1219

16.07.2020, 21:43

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 16-na olan statistik göstəriciləri açıqlayıb.
Pravda.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 8575 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 345 nəfər reanimasiyada, 68 nəfər isə süni tənəffüs cihazındadır.
Ümumilikdə 26 165 nəfər virusa yoluxub, 17 256 nəfər sağalıb. Qeyd olunub ki, bu gün 8722 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 601 500 test aparılıb. Qeyd edək ki, bu gün 493 koronavirusa yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib.