Mayonez ürəyə ziyandır?
16 Noyabr 2026, 18:16
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1139
15.07.2020, 21:55
"Pandemiya dönəmində insanların sanki kabusuna çevrilmiş bir termin var - "buzlu şüşə" mənzərəsi. Bəzən bunu "buz kristalı", "buz parçası" kimi də adlandırırlar. Bu görüntü ilk əvvəl adı və səslənməsi ilə insanlarda təlaş, narahatlıq yaradır".
Oxu24.com deyerler.org-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, ATU-nun Şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanova "buzlu şüşə"nin mahiyyətindən danışarkən deyib.
Həkimin sözlərinə görə, bəzən normal hallarda da "buzlu şüşə" görüntüsü radioloji görüntülərdə izlənilə bilər: "Məsələn, müayinə zamanı xəstə dərindən nəfəs almazsa və ya müayinə nəfəsvermədə aparılarsa, ağciyərin havalılığının fizioloji ekspirator zəifləməsi səbəbindən bütün ağciyər sahələri homogen olmaqla "buzlu şüşə" görüntüsü verə bilər. Hazırda "buzlu şüşə" görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir. Bu o deməkdir ki, normalda şəffaf havalı görünən ağciyərdə belə hallarda yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür. Bu zaman bronx strukturlarının və pulmonar damarların saxlanması ilə ağciyərlərin eksudat və ya transudatla tutulması, interstisial qalınlaşmalar və ağciyər alveollarının hissəvi kollapsı ilə müşahidə olunan görüntü meydana çıxır. Buzlu şüşə xəstəliyin 3-4 günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir".
Radioloq qeyd edib ki, indi onlara ən çox verilən sual "buzlu şüşə" görüntüsünün indiyədək mövcud olub-olmaması ilə bağlıdır. "Bu, yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin bu görüntü pandemiya dönəmində uyğun kliniki-laborator əlamətlərlə izlənilərsə, onda diaqnoz COVID xəstəliyi kimi dəyərləndirilir. "Buzlu şüşə" görüntüsü döş qəfəsinin rentgenoqrafiya və KT müayinələrində aşkar edilir. Lakin bu məsələdə rentgenoqrafiya müayinəsinin həssaslığı aşağıdır. Ona görə də yoluxmanın ilk 1-4 günlərində rentgenoqram 25% hallarda tam normal ola bilər. Bu, pnevmoniyanın olmaması demək deyil. "Buzlu şüşə"nin KT müayinəsində görülməsi daha spesifikdir", həkim bildirib.
15:57 / 17 Noyabr 2026
2
15:43 / 17 Noyabr 2026
48
15:12 / 17 Noyabr 2026
86
15:07 / 17 Noyabr 2026
75
14:52 / 17 Noyabr 2026
77
14:35 / 17 Noyabr 2026
84
14:15 / 17 Noyabr 2026
82
14:02 / 17 Noyabr 2026
91
13:57 / 17 Noyabr 2026
103
13:45 / 17 Noyabr 2026
102
13:24 / 17 Noyabr 2026
122
13:22 / 17 Noyabr 2026
130
12:58 / 17 Noyabr 2026
123
12:55 / 17 Noyabr 2026
131
12:43 / 17 Noyabr 2026
131
12:25 / 17 Noyabr 2026
128
12:05 / 17 Noyabr 2026
766
11:58 / 17 Noyabr 2026
134
11:56 / 17 Noyabr 2026
390
11:28 / 17 Noyabr 2026
122
11:00 / 17 Noyabr 2026
162
10:54 / 17 Noyabr 2026
144
10:50 / 17 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.