Mayonez ürəyə ziyandır?
16 Noyabr 2026, 18:16
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
610
13.07.2020, 17:20
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandadır.
Oxu24.com -un məlumatına görə, COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi iyulun 13-də Azərbaycana gəlib. Kubalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə gəliblər.
Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo jurnalistlərə müsahibəsində Azərbaycan və Kuba arasındakı münasibətlərin inkişafını qeyd edib. O bildirib ki, indiki zamanda Kuba özünə doğma hesab etdiyi Azərbaycana dəstəyini əsirgəmir. Bu səbəbdən Kubadan Azərbaycana böyük tibb personalı gəlib. Bu addım, eyni zamanda, həmrəyliyin göstəricisidir.
Kubadan gələn həkim briqadasının rəhbəri Deysi Torres Avela vurğulayıb ki, briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək. O, həmçinin əlavə edib ki, Azərbaycana reallaşan bu səfər humanizmin göstəricisidir. Vurğulayıb ki, kubalı tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı birgə mübarizə aparacaqlar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın dəvəti ilə Kuba Respublikasının tibb işçilərindən ibarət böyük heyət Azərbaycanda pandemiyaya qarşı tədbirlərə cəlb olunublar. Bu heyət 3 ay müddətində Azərbaycanda olacaq.
Qeyd edək ki, ümumilikdə, Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə dəstək göstərir.
16:51 / 17 Noyabr 2026
66
16:34 / 17 Noyabr 2026
90
16:29 / 17 Noyabr 2026
79
16:21 / 17 Noyabr 2026
90
16:12 / 17 Noyabr 2026
85
15:57 / 17 Noyabr 2026
98
15:43 / 17 Noyabr 2026
102
15:12 / 17 Noyabr 2026
121
15:07 / 17 Noyabr 2026
110
14:52 / 17 Noyabr 2026
106
14:35 / 17 Noyabr 2026
124
14:15 / 17 Noyabr 2026
108
14:02 / 17 Noyabr 2026
140
13:57 / 17 Noyabr 2026
138
13:45 / 17 Noyabr 2026
158
13:24 / 17 Noyabr 2026
139
13:22 / 17 Noyabr 2026
187
12:58 / 17 Noyabr 2026
167
12:55 / 17 Noyabr 2026
167
12:43 / 17 Noyabr 2026
163
12:25 / 17 Noyabr 2026
155
12:05 / 17 Noyabr 2026
847
11:58 / 17 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.