Hansı qidaları birlikdə yemək düzgün deyil? Açıqlama
15 May 2026, 14:11
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
753
12.07.2020, 23:05
"Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün əlavə 250 ml maye tələb olunur. Mayenin yetərsiz qəbulu temperatursalıcı maddələrin effektsiz olmasına, bəlğəmin çətin ifrazına, qanın qatılaşmasına səbəb olur".
Oxu24.com xəbər verir ki bu sözləri tanınmış həkim reanimatoloq Şahin Məmmədov koronavirusa yoluxmuş şəxslərin evdə müalicəsi haqqında danışarkən deyib. Həkim COVİD-19 xəstələrinin müalicəsi barədə vacib tövsiyələr verib.
O, eyni zamanda evdə və xəstəxanada müalicə arasında fərqi ətraflı şəkildə izah edib: "Mayeləri enteral qəbul etməyiniz daha məsləhətdir. Yəni içkilər və yeməklərlə. Evdə sistem qoşmaq riskli prosedurdur və 90% xəstənin buna ehtiyacı yoxdur.
Çoxlu qarpız yeyin, doğramac için
"Kofeinli içkilər az istifadə edin, çünki onlar sidikqovucudurlar. Həmçinin, alkoqollu içkilərdən, enerji içkilərindən uzaq olun.
Çay içməyi sevirsizsə, çalışın tünd olmasın. Kəklikotu ya başqa bitki çayları daha məsləhətdir".
Mütəxəssis bildirib ki, evdə müalivə və yaxud xəstəxanaya yerləşdirilmə ilə bağlı suallar çox gəlir: "Evdə müalicənin üstünlüyü odur ki, evdə xəstəxanadaxili infeksiya yoxdur. İkinci üstünlüyü odur ki, evdə xəstəyə daha gözəl qayğı və qulluq olur və bu da ağciyər pnevmoniyasında çox vacibdir. Həm xəstəxanaya aparılanda hara düşəcək, onu kim müalicə edəcək bilinmir. Amma evdə müalicənin çatışmayan cəhəti müalicənin baha başa gəlməsi, analizlər və digər müayinələrin vaxtı vaxtında aparılmaması, xəstənin digər ailə üzvlərindən izolə edilə bilməməsi, həkim nəzarətinin zəif olması və lazım gələrsə oksigen və süni tənəffüsün verilə bilməməsidir.
Ona görə də yaxşı olar ki, xəstə yaxşı həkim və təchizatı olan xəstəxanaya yerləşdirilsin. Bu alınmırsa, evdə bütün şərait varsa, həkim nəzarəti yaxşı təşkil oluna bilirsə, evdə müalicəyə cəhd etmək olar".
15:10 / 15 May 2026
1
15:04 / 15 May 2026
84
14:58 / 15 May 2026
27
14:54 / 15 May 2026
29
14:48 / 15 May 2026
325
14:47 / 15 May 2026
25
14:34 / 15 May 2026
30
14:25 / 15 May 2026
47
14:19 / 15 May 2026
44
14:11 / 15 May 2026
47
13:58 / 15 May 2026
48
13:54 / 15 May 2026
118
13:50 / 15 May 2026
57
13:45 / 15 May 2026
68
13:38 / 15 May 2026
53
13:17 / 15 May 2026
56
13:13 / 15 May 2026
303
13:08 / 15 May 2026
64
13:01 / 15 May 2026
62
12:51 / 15 May 2026
386
12:50 / 15 May 2026
60
12:40 / 15 May 2026
95
12:38 / 15 May 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.