Xalq artisti Nəzakət Teymurova koronavirusa (Covid-19) yoluxub.
Bu barədə APA-ya müğənninin ailəsindən məlumat verilib.
N. Teymurova bu gün səhər xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu qeyd edilib.
saat 14.22
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Nəzakət Xosrov qızı Teymurova yeni növ koronavirusa (COVİD-19) yoluxub.
APA-nın məlumatına görə, bu barədə teleaparıcı Nuran Hüseynov (Hacı Nuran) “Facebook” səhifəsində yazıb.
Xanəndə hazırda xəstəxanaya yerləşdirilib və vəziyyəti çox ağırdır.
Oxu24.com
ŞƏRHLƏR