Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35134
az

Bu insanların COVID-19-dan ölüm riski iki qat çoxdur

10:1011 İyul, 2020
611
TİBB
  • A
Yeni növ koronavirus (COVID-19) infeksiyasının daha bir qorxunc xüsusiyyəti müəyyən edilib. "Oxu24.com" Report-a istinadən xəbər verir ki, Xuaçjun Elmi-Texnologiya Universitetinin professoru Yan Çzinin rəhbərliyi altında həkimlər 24 yanvar və 10 fevral tarixləri arasında Uhan xəstəxanalarına qəbul edilən 600-dən çox xəstənin məlumatlarını təhlil ediblər. Çinli həkimləri müəyyən edib ki, yeni koronavirus qanda şəkəri yüksək olan xəstələrin ölüm riskini iki qat artırır. Hətta xəstə şəkərli diabetdən və ya piylənmədən əziyyət çəkməsə belə infeksiya pasiyentin ölümünə səbəb ola bilər. Həkimlər bildirir ki, koronavirus infeksiyası olan bir pasiyent xəstəxanaya daxil olan zaman öncə qanda şəkərin miqdarı ölçülməlidir. Onların nəticələri "Diabetologia" elmi jurnalı tərəfindən yayımlanıb. Koronavirus (COVID-19) pandemiyası zamanı ürək, qan-damar sistemi xəstəliklərindən sonra şəkərli diabet xəstəliyi olanlar ikinci böyük risk qrupuna daxildirlər. Xüsusilə xəstəlikdən 10 ildən artıq əziyyət çəkənlər, yaşı 45-i adlayanlar, diabet ağırlaşması və piylənməsi olanlar, eləcə də siqaret çəkənlər daha yüksək risk qrupuna daxildirlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Balla duzu qarışdırıb yeməyin inanılmaz faydaları
Ayaqları sirkəli suda saxlamağın FAYDALARI

Dörd bürc bu ay uğursuzluqlarla vidalaşacaq

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qayda pozmaları həyatlarına son qoydu