Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34959
az

“Sağalmışam, sevinə-sevinə evimə gedirəm” - VİDEO

20:2108 İyul, 2020
636
TİBB
  • A

Son günlər statistikaya nəzər salsaq, Azərbaycanda koronavirusdan sağalanların sayının artdığını görərik. Belə ki, ötən günün rəqəmlərinə əsasən daha 453 nəfər COVİD-19 virusundan sağalaraq evə buraxılıb.

Oxu24.com xəbər verir ki, xəstəliyin ağır günlərini geridə qoyanlar REAL TV-yə xəstəliklə mübarizə apardıqları çətin günlərdən danışıb. Dedikləri ilk cümlələrsə belə olub: "Hələ də bəzi insanlar buna barmaqarası baxır. Yalan deyil, biz bunu yaşadıq. Hər gün boğulurduq".

Nərminə Əhmədova 15 gün xəstəliklə mübarizə aparıb. Yüksək hərarətlə xəstəxanaya yerləşdirilən qadın həm də süni tənəffüs aparatına qoşulu halda mübarizəsini davam etdirib. Hazırda isə verdiyi bütün analizlərin cavabı təmiz çıxıb: "Sağalıb evə yazılmışam. Sevinə-sevinə evimə gedirəm. Bu gün ayaqüstəyəm, rahatam, özümü çox sərbəst hiss edirəm. Hər kəs özünü və ətrafını qorumalıdır".

Xəstəlikdən sağalan Alimə Aşurova isə xəstəxanaya gəldiyi günlərdə vəziyyətinin heç də yaxşı olmadığını bildirib: "İkinci gün dedim ki, özümü pəncərədən aşağı atacam. Dözə bilmirdim. Məndən çox qorunan yox idi. 40 il həkim işləmişəm". 

Sağalanlardan biri də Ələmdar İsgəndərovdur. O, 17 gün xəstəxanada müalicəsini davam etdirib və ötən gün evə buraxılıb: "Həkimlərimiz sağ olsun, bizi müalicə etdilər. Üç gün süni tənəffüs aparatına bağlı qaldım, həqiqətən həddindən ağır xəstəlikdir".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı